Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirildi

Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirildi
30 aprel 2024
# 15:00

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunda təşkilata üzv ölkələrin, mədəniyyət nazirlərinin, nazir müavinlərinin, eləcə də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbər və nümayəndələrinin iştirakları ilə Fondun Şura toplantısı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Türk Mədəniyyəti və İrsi Fondunun tarixindən bəhs edib. Bildirib ki, 2015-ci ildən fəaliyyətə başlayan Fond ötən illər ərzində çoxsaylı layihələr reallaşdırıb, elmi-mədəni tədbirlər təşkil edib. Fond çox uğurlu inkişaf yolu keçib: “Düşünürük ki, türk coğrafiyasında, Türk dövlətlərini birləşdirən digər təşkilatlarla birlikdə Türk Mədəniyyəti və İrsi Fondunun önəmli fəaliyyəti, özünəməxsus yer tutur. Bundan sonrakı fəaliyyətində Fondun qarşısında Türk dünyasının, xüsusilə beynəlxalq və regional çağırışlara cavab verən yeni fəaliyyətin qurulması istiqamətində mühüm vəzifələr durur. Türk Mədəniyyəti və İrsi Fondunun gələcək fəaliyyəti, onun yeni strategiyası, ideya əsasları hər birimiz üçün çox önəmlidir”.

Nazirin sözlərinə görə, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Akademiyası, Türk Dövlətləri Təşkilatlarının fəaliyyəti tandem xarakterli olmalıdır. Bu təşkilatlar bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməli, bir-birini gücləndirməlidir. Bir-birini təkrarlamadan dünyada vacib platformaya çevrilməlidir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Qazaxıstanın Əməkdar incəsənət xadimi, musiqiçi, sənətşünaslıq elmləri doktoru Aktotı Raimkulova bildirib ki, bundan sonra Fondun Nazirlər Şurası hər il toplanaraq, təşkilatın fəaliyyətinin Nizamnaməsinə uyğun, üzv dövlətlərin təklif və maraqlarına əsasən layihələrin həyata keçirilməsinə töhfəsini verəcək. “Qədim və zəngin türk mədəni irsini qoruyan, təbliğ edən Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti hazırda dünyanı narahat edən mədəni kimliyin yoxa çıxması fonunda xüsusi əhəmiyyət daşıyır. Həm qardaş türk xalqlarının, həm də Türk Əməkdaşlıq təşkilatlarının qarşılıqlı əlaqələri ortaq tarixə, mədəniyyətə, köklərə söykənir. Bu baxımdan bizim birgə addımlamağımız önəmlidir”, - deyə Aktotı Raimkulova vurğulayıb.

Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq səviyyədə Türk dövlətlərinin birliyinin nümunəsi kimi çıxış etdiyini söyləyən Qazaxıstanın mədəniyyət naziri Aida Balayeva Fondun səmərəli fəaliyyətindən danışıb: “Bu Fond mədəniyyətlərimizi və ümumilikdə, ölkələrimizi daha da birləşdirir. Fondun təşkilatçılığı ilə keçirilən mədəni, elmi tədbirlərdə, sərgilərdə mövcud əlaqələrimiz möhkəmlənir və daha sıx əməkdaşlığa fürsət yaranır. Bu il Qazaxıstanın Tamqalı bölgəsində Tambalı petroqliflərinə həsr olunmuş və Türk dünyası alimlərini bir araya gətirəcək elmi-praktik konfrans keçiriləcək. Bu gün Bakıda keçirilən tədbirdə fürsətdən istifadə edərək hər birinizi Qazaxıstanda baş tutacaq elmi-praktik konfransa dəvət edirəm”, - deyə Aida Balayeva qeyd edib.

Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Çingiz Esenqul Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini təqdirəlayiq adlandırıb və gələcəkdə daha səmərəli əməkdaşlıqda vacib rolunu vurğulayıb. Bakıda gerçəkləşən Qırğız Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirildiyini xüsusi vurğulayan nazir müavini, bu tədbirin qardaş qırğız xalqının çoxəsrlik mədəniyyətinin təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndirib.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam bu toplantının Türk dövlətləri arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib. Türkiyəli nazir qeyd edib ki, dövlət başçılarımızın səmimi dostluq münasibətləri son illərdə Türk dövlətləri arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verib.

Toplantıda 3 noyabr 2023-cü ildə Astanada keçirilmiş Türk Dövlətləri Təşkilatının dövlət başçılarının X Zirvə Görüşü çərçivəsində Fondun üzərinə qoyulan vəzifələr, o cümlədən 2024 və 2025-ci illər üzrə Fəaliyyət Planı, Türk Mədəni İrsi Konvensiyasının hazırlanması məsələləri ətrafında müzakirələr aparılıb.

# 2248 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər