"Türk dünyasından Şuşaya- Şuşadan Türk dünyasına" kitabının Bakı şəhərində təqdimatı keçirildi

"Türk dünyasından Şuşaya- Şuşadan Türk dünyasına" kitabının Bakı şəhərində təqdimatı keçirildi
31 yanvar 2023
# 18:50

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə "Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına" layihəsi çərçivəsində Bakı şəhəri "Azərkitab" kitab yayım mərkəzində eyniadlı kitabın təqdimatı baş tutub.

Kulis.az xəbər verir ki, tədbirdə bir sıra tanınmış ictimayyət nümayəndələri, yazarlar, KİV təmsilçələri və s. iştirak edib.

Tədbiri giriş sözü ilə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri şair-publisist İntiqam Yaşar açıq elan edib. İntiqam Yaşar iştirakçılara kitab haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti şair-publisist Əkbər Qoşalı ortaq türk ölkələrini birləşdirən dəyərin məhz Şuşa olduğunu diqqətə çatdırıb və qeyd edib ki, adıçəkilən layihə fonunda qardaş ölkə nümayəndələrinin bir-biri ilə əməkdaşlıq münasibətləri bir az da genişlənmiş olub.

"Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına" adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasından olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb. Və kitabda yazıları yer alan türk ölkə və topluluqlarından olan ədəbiyyat nümayəndələri 26-29 yanvar 2023-cü il tarixlərində Azərbaycana səfər edib, Bakı şəhərində təşkil olunmuş müxtəlif tədbirlər və görüşlərdə iştirak edib.

Türk Dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gələn ədəbiyyat nümayəndələri arasında Qırğız Respublikasının "Manas" teatrının direktoru Aziz Bıymırza, Özbəkistan Gənclər İşləri Agentliyinin başqan yardımçısı şair Mehrinaz Abbas, yazar-publisist Dilrabo Norkulova, Qazaxıstan Yazıçılar Birliyinin bölüm başqanı Baurxan Xəliulla, Türk Ədəbiyyatı Vəqfinin yazı işləri başqanı Enver Aykol, Başqırdıstan Yazıçılar Birliyinin sədri yazar Aygiz Baymuhəmməd və Qazaxıstan Respublikası "Türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirmə vəqfi" başqanı Erkinbek Serikbay olub. Onlar çıxışları zamanı Azərbaycanın İrandakı səfirliyinə edilən hücum səbəbindən Azərbaycan xalqına və şəhidin ailəsinə başsızlığı verib, hadisədən təsirləndiklərini təəssüf hissi ilə qeyd ediblər.

Bakıya ilk səfərlərinin olduğunu məmnunluqla vurğulayan qonaqlar türk dünyasını öz ətrafında birləşdirən adıçəkilən layihənin həyata keçirilməsində əməyi olan hərkəsə və İntiqam Yaşara dərin minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, belə önəmli layihələrin sayı artırılmalıdır.

Kitabda yazıları dərc olunan yerli yazarlar sırasında Yusif Nazim, Ayşən Rəhim və s. layihə haqqında öz fikirlərini səsləndiriblər. Tədbirdə Kənan Hacı, Ümid Nəccari, Tural Turan , Qabil Ədalət, Emil Rəhimov , İradə Əlili və başqaları da iştirak edib.

Sonda kitabda dərc olunan müəlliflər, tərcüməçilər diplom və fəxri fərmanla təltif olunub. Eyni zamanda iştirakçılara "Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına" kitabı hədiyyə edilib.

Qeyd edək ki, bundan əvvəl kitabın Türkiyənin İstanbul şəhərində və Özbəkistanın Daşkənd şəhərində təqdimatı olub.

# 2699 dəfə oxunub

Oxşar xəbərlər

Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
Sarah Maasın  yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

Sarah Maasın yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

13:56 5 noyabr 2026
"Dreyfus işi":  İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

"Dreyfus işi": İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

13:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər