“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb
10 may 2024
# 11:25

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlayıb.

Kulis.az xəbər verir ki, “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı AZƏRTAC-a bildirib ki, 3 ay müddətinə icra olunacaq layihənin məqsədi Türk dünyası ədəbiyyatında qəhrəmanlıq, vətənpərvərlik, mübarizə, birlik mövzusunda yazılmış əsərləri tədqiq edərək sistemləşdirmək, mövzunun çağdaş dövr ədəbi prosesdə təbliği-təşviqi məsələlərini aktuallaşdırmaqdır.

“Araşdırmalarımızın nəticəsi olaraq, çağdaş Türk dünyası yazarlarının qəhrəmanlıq və marş mövzusunda yazdığı poetik nümunələri toplamaq, keçirəcəyimiz silsilə tədbirlər vasitəsilə ədəbi, ictimai mühitdə təqdim etməkdir. Layihəni həyata keçiriləcəyi təqdirdə tədbirlər vasitəsilə mədəni-ədəbi mühitdə yeni bir motivasiya, canlanma yaranacaq, keçmişdən bu yana qəhrəmanlıq və çağdaş Zəfər tariximizə Türk dünyasında münasibət və onu vəsf edən yeni əsərlərin yazılmasına stimul veriləcəkdir. Eyni zamanda, tədbirlər çərçivəsində qəhrəmanlıq əsərləri yazan müəlliflərlə görüş-müzakirələr keçiriləcək, iştirakçı-yazar dialoqu ədəbi prosesə yeni rəy və təkliflər verəcəkdir.

Fikrimizcə, yaradıcı orta nəsil, gənclər, ədəbi-mədəni, elmi fəaliyyətlə məşğul olan qurumlar, ictimai, ədəbi-mədəni sektor nümayəndələri üçün layihənin nəticəsinin faydalı olacaqdır. Nəzərə alaq ki, hədəf olaraq yeni nəsil yaradıcı insanların, gənclərin auditoriyaları, ziyalılar seçilmişdir. Çoxəsrlik türk tarixində və yeni çağda mövcud olan qəh-rəmanlıq əsərləri indiyədək sistemli halda təqdim olunmamışdır. Ona görə də benefisiarların təfəkküründə, milli, ədəbi-mədəni, elmi düşüncə-sində Türk xalqlarının ədəbiyyatında qəhrəmanlıq mövzusunda yeni yaradılan əsərlər, o cümlədən marşlar və onların hansı milli-mənəvi duyğulardan yarandığı barədə təsəvvürləri genişləndirməyə, dolğun şəkildə bilgiləndirməyə ehtiyac vardır. Bu mənada, layihənin nəticələri ilə ölkəmizdə formalaşmaqda olan gənclərin, ədəbi yaradıcılıqla məşğul olan yeni nəsil yazarların, elmi-ədəbi ictimaiyyətin və uyğun təsisatların faydalanması nəzərdə tutulub, - İctimai Birliyinin sədri bildirib.

# 1948 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

14:00 3 noyabr 2026
Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

13:13 3 noyabr 2026
Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

13:10 3 noyabr 2026
“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

13:08 3 noyabr 2026
Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

13:00 3 noyabr 2026
"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

12:00 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər