Türk Dünyası Kino Rəhbərlərinin II Görüşü keçirildi

Türk Dünyası Kino Rəhbərlərinin II Görüşü keçirildi
22 iyul 2025
# 17:09

18 iyul 2025-ci il tarixində İstanbulun Fəriyə Sarayında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı ilə Türk Dünyası Kino Rəhbərlərinin II Görüşü baş tutub. Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyəni təmsil edən kino sahəsi üzrə yüksək vəzifəli şəxslər iştirak ediblər.

Kulis.az xəbər verir ki, tədbir TÜRKSOY Daimi Şurasının 40-cı toplantısında qəbul edilmiş qərarlar əsasında keçirilib və kino sektorunun mədəni irsin qorunması, həmçinin gələcək nəsillərə ötürülməsindəki rolunun gücləndirilməsi məqsədini daşıyıb.

Azərbaycan Respublikası Kino Agentliyinin baş direktorunun müavini Qurban Primov çıxışında ölkəmizin kino sahəsində həyata keçirdiyi siyasət, beynəlxalq əməkdaşlıq istiqamətləri və gələcək planlar barədə ətraflı məlumat verib. O, həmçinin “Baku Cinema Breeze Festivalı” haqqında iştirakçıları məlumatlandıraraq festivalda iştiraka dəvət edib. Çıxışı zamanı distribusiya, dublyaj və animasiya sahələrində əməkdaşlıq təklifləri də irəli sürülüb.

Görüşdə ortaq film istehsalı, kino festivallarında əməkdaşlıq və birgə kino fondu yaradılması kimi məsələlər müzakirə olunub. Tədbirin yekununda iştirakçı ölkələrin nümayəndələri tərəfindən ortaq protokol imzalanıb.

Qeyd edək ki, panel iştirakçıları arasında Azərbaycan Kino Agentliyinin baş direktorunun müavini Qurban Primov, Qırğızıstanın Kino üzrə baş direktoru Ulan Adamaliev, Qazaxıstan “Kazakfilm”in icraçı direktoru Asset Yernazarov, Qazaxıstan Milli Kino Dəstək Mərkəzinin sədri Jumagali Kurmanbek, Özbəkistanın Kino üzrə baş direktoru Şuxratulla Rızayev, Türkmənistan “Oğuzxan” Türkmənfilm Birliyinin sədr müavini Sahysalyh Bayramov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino baş direktoru Birol Güven və TRT Sinema rəhbəri Faruk Güven yer alıblar.

Görüş Türk dünyasında kino sahəsində əməkdaşlığın genişləndirilməsi və ortaq mədəni dəyərlərin qorunması istiqamətində atılmış önəmli addım kimi dəyərləndirilib.

# 1340 dəfə oxunub

Oxşar xəbərlər

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşdi

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşdi

18:05 8 sentyabr 2026
Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başladı

Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başladı

17:40 8 sentyabr 2026
Məşhur aktyor 5 illik ömrü qaldığını açıqladı

Məşhur aktyor 5 illik ömrü qaldığını açıqladı

17:10 8 sentyabr 2026
Modelyer Leyla Əhmədova həbs edildi

Modelyer Leyla Əhmədova həbs edildi

16:21 8 sentyabr 2026
Sənətçilər yumor festivalındakı çıxışlarını ləğv etdilər

Sənətçilər yumor festivalındakı çıxışlarını ləğv etdilər

16:00 8 sentyabr 2026
Tramp pop-mədəniyyət həvəskarlarının hədəfində - Səbəb

Tramp pop-mədəniyyət həvəskarlarının hədəfində - Səbəb

15:15 8 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər