Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçirildi

Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçirildi
7 oktyabr 2024
# 17:38

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyası gənc yazarlarının I Bakı forumu" layihəsi çərçivəsində Sosial Təqdiqatlar Mərkəzinin (STM) “Zəfər” zalında forum keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikası və Güney Azərbaycan nümayəndələrinin iştirakı ilə forumda “Türk dünyası ədəbi-mədəni əlaqələrin inkişafı – yeni ideyalar, yeni çağırışlar” mövzusu ətrafında geniş müzakirələr aparılıb.

Birliyin başqanı, forumun moderatoru İntiqam Yaşar bildirdi ki, layihənin məqsədi Türk dünyasının tarixi ənənəsi olan ortaq ədəbi-mədəni əlaqələrin bu günü və gələcəyinə yeni nəsil yazarların verəcəyi töhfələrin önəmi, ortaq ideyalar və birgə fəaliyyətlərin artırılmasıdır. İntiqam Yaşar hesabat çıxışında "Türk dünyası gənc yazarlarının I Bakı Forumu” layihəsi çərçivəsində gördükləri işlərdən danışıb: “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirdiyimiz layihə çərçivəsində Azərbaycan və digər Türk ölkə və topluluqlarından olan yeni nəsil yazarların yaradıcılıq nümunələrindən ibarət kitab çap olundu. Həmin kitabın təbliği istiqamətində bir sıra təhsil və mədəniyyət müəssisələrində tədbirlərimiz keçirildi. Eyni zamanda, təşkilatımızın 25 illik yubiley törəni Bakı şəhərində geniş ictimaiyyətin iştirakı ilə təşkil olundu. Tədbirlərimizdə Türk dünyasının müxtəlif nöqtələrində yaşayıb yaradan yeni nəsil yazarlar iştirak etməkdədirlər”.

STM-in Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli deyib ki, əsas missiyamızdan biri də gənc türk yazarlarını dəstəkləməkdir: “Nəzərə alsaq ki, forum Sosial Təqdiqatlar Mərkəzində keçirilir, bu baxımdan tədbiri müəyyən mənada siyasi də hesab etmək olar. DGTYB türk dünyasının gənc yazarlarını vahid ad altında toplamış nəhəng təşkilatdır”.

Dünya Gənc Türk Yazarlar Birliyinin, qurucu başqanı, şair-publisist Əkbər Qoşalı təşkilatın 25 illik tarixinə qısa ekskursiya edərək, hansı çətin yollardan keçdiklərinə nəzər salıb. O qeyd edib ki, forumun STM-in “Zəfər” zalında keçirilməsi təsadüfdən deyil, zərurətdəndir və mesajdır.

Kifayət qədər işlərin görülməsinə baxmayaraq, Türk dünyası ədəbiyyatının dərin tədqiqə ehtiyacı olduğunu diqqətə çatdıran AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun icraçı direktoru, dosent Mehman Həsən xatırladıb ki, bu istiqamətdə müxtəlif tərcümə işləri, kitabların çapı, konfransların, simpozimlərin keçirilməsi təqdirəlayiqdir.

Qazaxıstan Yazıçılar Birliyinin katibi Devletkerey Kapulı diqqətə çatdırıb ki, burada iştirak edən gənclər hürriyyətinə qovuşmuş Türk dünyasının nümayəndələridir: “Türk dünyası şeir, sənət dünyası, ruh dünyasıdır. Bu forumda ruhların, sənətlərin dünyası birləşir. Gənclərə dəstək, onların gələcəyi üçün çalışmaq hər bir Türk dövlətinin başlıca vəzifəsidir”.

Layihə çərçivəsində çap olunmuş “Türk dünyası gənc yazarları” kitabının redaktoru, Bakı Dövlət Universitetinin doktorantı, gənc türkoloq Məleykə Mirzəli ədəbi birliyin önəmindən söz açaraq deyib ki, türk gənc yazarları ədəbi vəziyyət, ədəbi işbirliyi imkanlarını xeyli genişləndirə bilərlər.

Türküstan qəzetinin baş redaktoru Aqil Camal ədəbi əlaqələrdə gənclərin rolunun önəmini qeyd edib.

Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev türk yazarlarının bir araya toplanmasını yüksək qiymətləndirib, DGTYB-ni bu təşəbbüsün təşkilatçısı kimi təbrik edib.

Daha sonra Azərbaycandan və müxtəlif Türk ölkələrindən dəvət olunmuş yazıçı və şairlər, araşdırmaçı yazar Turan Uğur, Faroğat Cabbarova, Aqşin Evren, Erkinbek Serikbay, Karlıqaş Kavay, Aygün Yaşar və s. çıxış və məruzələr ediblər.

# 2595 dəfə oxunub

Oxşar xəbərlər

Tural Turan beynəlxalq mükafata layiq görüldü

Tural Turan beynəlxalq mükafata layiq görüldü

17:32 17 noyabr 2026
Gənc aktrisa vəfat etdi

Gənc aktrisa vəfat etdi

17:14 17 noyabr 2026
Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

16:39 17 noyabr 2026
"İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar" - Seyran Səxavətlə müsahibə

"İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar" - Seyran Səxavətlə müsahibə

16:22 17 noyabr 2026
Conni Depp  şəxsi həyatı və gələcək planları haqqında danışdı

Conni Depp şəxsi həyatı və gələcək planları haqqında danışdı

16:04 17 noyabr 2026
"Yalanların əksəriyyəti ona görə baş tutur ki..." - Tanınmış psixoanalitikin yalanla bağlı fikirləri

"Yalanların əksəriyyəti ona görə baş tutur ki..." - Tanınmış psixoanalitikin yalanla bağlı fikirləri

15:49 17 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər