Toyda onu zəhərləmək istədilər, haqqında ölüm şayiəsi yayıldı, efirə çıxıb ağladı – Qədir Qızılsəsə qidalanmağı niyə qadağan etdilər?

Toyda onu zəhərləmək istədilər, haqqında ölüm şayiəsi yayıldı, efirə çıxıb ağladı – Qədir Qızılsəsə qidalanmağı niyə qadağan etdilər?
1 iyul 2022
# 12:35

Kulis.az müğənni Qədir Qızılsəs haqqında maraqlı faktları təqdim edir.

Qədir Məmmədov 1956-cı ildə Cəlilabad rayonunda anadan olub. Çoxuşaqlı ailədə doğulan Qədir Qızılsəs gənc yaşda iki qardaşını və bir bacısını itirib.

***

O, 1977-ci ildə Bakı şəhərinə köçür, paytaxtda yaşamağa, musiqi ilə məşğul olmağa başlayır, özünə Qızılsəs təxəllüsünü götürür. 1983-cü ildə ilk audio-kassetini çıxarır.

2002-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatının respublika üzrə keçirdiyi müsabiqədə “Qayıt” mahnısı ilə birinci yeri tutub. “Qızıl səs” mükafatına layiq görülüb.

***

“Ölürəm bir dəli sevgidən ötrü”, “Gəlmədin”, “Getmə”, “Unuda Bilmədim”, “Zeynəbim”, “Qızlar”, “Qayıt”, “Hardasan” mahnıları Qədir Qızılsəsə böyük uğur gətirib.

Qədir Qızılsəs 2017-ci ildə çox ağır xəstəlik keçirir. Uzun zaman müalicə olunur. Hər gün üstünə təcili yardım gələn müğənniyə həkimlər qidalanmağı qadağan edirlər. Bu müddət ərzində müğənni haqqında inanılmaz şayiələr yayılır. Kimi onun sənətdən getməsini, kimi ailəsinin onu tərk etdiyini, kimi də müğənninin öldüyünü deyir. Xəstə yatdığı müddətdə heç bir dostu onu arayıb, axtarmır. Adi bir zəngi belə ondan əsirgəyirlər. Müğənni isə haqqında yayılan şayiələrin həqiqəti əks etdirmədiyini deyir:

"Mən bir dəfə sevgi yaşamışam, onu hələ də yaşayıram. Xəyanətkar insan deyiləm ki, ailəm də mənə xəyanət etsin. Ailəm hər zaman mənimlə olub".

***

2017-ci ildə müğənninin səsinin batması və sənətdən getməsi ilə bağlı şayiələr yayılır. Bir müddət sonra Qədir Qızılsəs efirə çıxaraq ağlaya-ağlaya bu barədə açıqlama verir:

“Efirlərdə görünməsəm də, məni qısqananlar çoxdur. Çox insanlar var ki, mənim quyumu qazır. Ona görə fürsətdən istifadə edib belə şayiələr yayırlar. Ancaq bunların heç biri real deyil. Yalan söhbətdir. Mən sənətdən getməmişəm və yaşadıqca da fəaliyyət göstərəcəm. Efirlərdə tez-tez görünmək istəmirəm. Bunun nə mənası var? İnsanlar məni sevir, izləyir, ona görə də hər dəfə mətbuatda görünməyi arzulamıram. Beş il efirə çıxmadım, möhkəm xəstələnmişdim. Çox pis idim. Həmin illər haqqımda çox şayiə yaydılar. İstəməyənlər, paxıl insanlar dedilər ki, Qədir oxuya bilmir, Azərbaycanda yoxdur. İnsanlar çaş-baş qalmışdı. Efirə çıxmırdım, açıqlama vermirdim və özümə qapılmışdım. Şayiə hər yana yayıldı. Amma yenidən efirə qayıtdım. Məni həmişə arxadan, dayanmadan vururlar. Hətta məni toyda zəhərləmək istəyən insanlar da olub. Bu gün də 5, 6 kişi müğənni var ki, məni təqib edir. Ancaq mənim pisliyimə çalışırlar. Onlar kişi müğənnilərdir və özləri yox, başqa insanların əli ilə mənə qarşı bir neçə dəfə iş çevirmək istəyiblər. Hətta razılığa gəldiyim toy danışıqlarımı belə müxtəlif vasitələrlə əlimdən almağa çalışıblar. Onların kimliklərini elə toy sahiblərinin özləri mənə söyləyib. Bütün bunlar yaxın zamanlarda baş verib. Onlar məndən nə istəyirlər axı bilmirəm”.

Qədir Qızılsəs Xalq artisti Ağadadaş Ağayevlə illərdir küsülüdür. Onların nə üstündə dalaşdıqları, niyə küsülü olduqları isə məlum deyil.

***

Hazırda müğənni efirlərdə az-az görünsə də, musiqi sahəsindən aralanmayıb.

# 17397 dəfə oxunub

Oxşar xəbərlər

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

15:30 31 avqust 2026
Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

15:00 31 avqust 2026
"Avroviziya Asiya 2026"nın ilk iştirakçıları

"Avroviziya Asiya 2026"nın ilk iştirakçıları

14:00 31 avqust 2026
Azərbaycanın milli-mədəni irsi Norveç festivallarında

Azərbaycanın milli-mədəni irsi Norveç festivallarında

13:40 31 avqust 2026
Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

13:05 31 avqust 2026
Zemfira Qafarova:  "Atam Sibirdə olanda anam boşandı, “Kirpi”nin rəssamına ərə getdi" - Müsahibə

Zemfira Qafarova: "Atam Sibirdə olanda anam boşandı, “Kirpi”nin rəssamına ərə getdi" - Müsahibə

12:54 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər