Tofiq Tağızadənin xatirəsi anılıb

Tofiq Tağızadənin xatirəsi anılıb
9 fevral 2024
# 09:27

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 105-ci ildönümü münasibətilə məzarı ziyarət olunub.

Kulis.az xəbər verir ki, sənətkarın ailəsi adından çıxış edən Əməkdar artist Firdovsi Atakişiyev T.Tağızadə ilə səmimi münasibətlərindən danışıb, onun yaradıcılıq irsinin Azərbaycan Dövlət Film Fondunda qorunmasından bəhs edib, sonda Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Anım tədbirində Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan kinosunun inkişafında Tofiq Tağızadənin xüsusi rolunu qeyd edib, rejissorun çoxşaxəli yaradıcılığının bu gün də tamaşaçılar tərəfindən sevildiyini vurğulayıb.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov görkəmli rejissoru ilk dəfə “Uzaq sahillərdə” filminin çəkilişi zamanı gördüyünü, daha sonra kinostudiyada işə götürülərkən onun filmində təcrübə keçdiyini və uzun illər dostluq etdiyini xatırlayıb.

Qeyd edək ki, Tofiq Tağızadə quruluşçu rejissor kimi Azərbaycan kinosu tarixinə “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”, “O dünyadan salam” və başqa məşhur ekran əsərlərini bəxş edib.

# 2099 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər