Təfəkkürün başqa kainatı - Murad Köhnəqala

Təfəkkürün başqa kainatı - Murad Köhnəqala
31 may 2025
# 10:15

Kulis.az Murad Köhnəqalanın "Təfəkkürün başqa kainatına aparan rəssam" yazısını təqdim edir.


Bu kiçik yazımala sizə polyak mənşəli, tanınmış qrafik rəssam, səhnə dizayneri və sürrealist tablo ustası Rafat Olbinskini təqdim edirəm. Rafat Polşanın Kielce şəhərində teatr aktyoru ailəsində dünyaya göz açıb, odur ki, onun incəsənətə olan marağı uşaq yaşlarından formalaşıb. Teatr afişaları və posterlər onu erkən yaşlarından cəlb etmiş, elə o vaxtlardan istedadı özünü göstərmişdi. Uşaq yaşlarında düzəltdiyi şəkilli oyun kartlarını valideyinləri onun təsviri sənətə olan marağının ilk əyani sübutu kimi qiymətləndirmişlər.

Varşava Politexnik Universitetinin memarlıq fakültəsini bitirdikdən sonra ABŞ-a mühacirət edən Olbinski burada öz sənəti ilə tez bir zamanda məşhurlaşdı. O, Nyu-Yorkdakı Təsviri İncəsənət Məktəbində professor kimi fəaliyyət göstərdi və yaradıcılığına görə 150-dən çox beynəlxalq mükafata layiq görüldü. Onun ən nüfuzlu nailiyyətlərindən biri isə 1994-cü ildə Parisdə keçirilən Prix Savignac müsabiqəsində "Ən yadda qalan plakat" nominasiyası üzrə qazandığı birincilikdir.

Rafat Olbinski həm də opera tamaşaları üçün hazırladığı sürrealist plakat seriyaları ilə tanınır. Onun sənət əsərləri dünyanın bir çox məşhur jurnallarında çap olunur və müxtəlif ölkələrin muzeylərində, həmçinin şəxsi kolleksiyalarda qorunur.

Rafatın yaratdığı tabloların, bizi yaşadığımız real dünyadan qopararaq daha maraqlı yerə, insan təfəkkürünün tamam başqa kainatına aparmaq gücü var. Bu intəhasız təxəyyül və texniki güc onu müasir sürrealizmin aparıcı simalarından birinə çevirib.


# 2209 dəfə oxunub

Oxşar xəbərlər

İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

17:00 23 oktyabr 2026
Xalq şairi Musa Yaqubun “Gül bağçası”  kitabı təqdim olundu

Xalq şairi Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

16:30 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər