"Tanrıların ölümü"nün dünya şöhrətli aktyoru öldü

"Tanrıların ölümü"nün dünya şöhrətli aktyoru öldü
19 may 2023
# 12:30

Avstriyalı aktyor Helmut Berqer 78 yaşında vəfat edib.

Kulis.az bu barədə "ORF" məlumat yayıb.

Berger doğma şəhərində dinc şəkildə dünyasını dəyişib. Aktyor uşaqlığını və gəncliyini Zalsburqda keçirib, daha sonra Paris və Londonda dərzi və model kimi çalışıb, həmçinin reklam çarxlarında rol alıb. 1964-1966-cı illərdə Berqer Londonda Mərkəzi Dram Məktəbində oxuyub, lakin məzun ola bilməyib. Universitetdə italyan dilini öyrənmək üçün Perucaya gedib. Aktyor ilk dəfə Luçino Viskontinin “İfritələr” layihəsində rol alıb.

Sənətçiyə ən böyük populyarlığı "Tanrıların ölümü" filmindəki rolu gətirib.

1992-ci ildə aktyor Madonnanın "Erotika" mahnısının klipində rol alıb.

2000-ci illərdə Berger təqaüdə çıxıb və Salzburqda anasına qulluq edib.

2013-cü ildə o, qısa müddət ərzində Almaniyanın "Mən Ulduzam" şousunda iştirak etsə də, səhhətində yaranan problemlərə görə ayrılıb.

# 2421 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər