“Süleyman Ələsgərov” adlı biblioqrafiya nəşr edildi

“Süleyman Ələsgərov”  adlı biblioqrafiya nəşr edildi
2 iyul 2024
# 12:56

Milli Kitabxananın əməkdaşları tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Süleyman Ələsgərov” adlı ilk fundamental biblioqrafiya hazırlanaraq nəşr edilib.

Kulis.az xəbər verir ki, 1945-2024-cü illəri əhatə edən biblioqrafiyada “Süleyman Ələsgərov həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər və sənət dostları Süleyman Ələsgərov haqqında” bölmələri, sənətkarın bəstələdiyi musiqi əsərləri, səs yazıları, həyat və yaradıcılığı haqqında kitablar, dissertasiyalar və avtoreferatlar, dövri mətbuatda, məcmuələrdə çap olunan məqalələr toplanıb, müvafiq bölmələr üzrə qruplaşdırılaraq təqdim edilib.

Biblioqrafik göstəriciyə “Süleyman Ələsgərovun əsərləri dünya milli kitabxanalarında” bölməsi, həmçinin “Əlavələr” bölməsinə “Azərbaycan Bəstəkarlar İttifaqının fondunda saxlanılan əlyazmaları”, “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondunda saxlanılan arxiv materialları və afişalar”, “Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fondunda saxlanılan partitura və klavir əlyazmaları” və digər alt bölmələr daxil edilib.

Azərbaycan, rus və başqa dillərdə çap olunmuş materialları əhatə edən biblioqrafiyada ədəbiyyat bölmələr daxilində xronoloji prinsip əsasında qruplaşdırılıb, daxildə əlifba sırasına riayət edilib. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə “Süleyman Ələsgərovun əsərlərinin adlar göstəricisi” və “Süleyman Ələsgərov haqqında yazan müəlliflərin əlifba göstəricisin”dən ibarət köməkçi aparat verilib.

Biblioqrafiya ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.

# 2241 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

15:00 4 noyabr 2026
"Özgənin uşağı" anlayışı... - Yeniyetməyə seksual obyekt kimi baxan potensial pedofillər kimlərdir?

"Özgənin uşağı" anlayışı... - Yeniyetməyə seksual obyekt kimi baxan potensial pedofillər kimlərdir?

15:00 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər