Şövkət Əmirov vəfat etdi

Şövkət Əmirov vəfat etdi
5 may 2023
# 16:00

Rusiyanın xalq artisti, Tatarıstan Respublikasının əməkdar artisti Şövkət Əmirov 75 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Ş.Əmirov 9 may 1947-ci ildə Çelyabinsk vilayətinin Miats şəhərində anadan olub.

Magnitogorsk Musiqi Tex nikumunu bitirib. Çelyabinsk Dövlət Mədəniyyət İnstitutunda işləyib. 1980-1990-cı illərdə Ural Konservatoriyasında dərs deyib, 1990-cı ildə Kazana köçüb. 1999-cu ilə qədər Kazan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışıb.

Bundan sonra 1999-cu ildən professor, 2003-2010-cu illərdə Ural Dövlət Konservatoriyasının rektoru olub. Şövkət Əmirov Estrada artistlərinin V Ümumittifaq müsabiqəsinin ikinci mükafatı laureatı, Xalq çalğı alətlərində ifaçıların Ümumrusiya (1979, Leninqrad) və Ümumittifaq müsabiqələrinin birinci mükafatı laureatı, İtaliyada beynəlxalq müsabiqələrin laureatı (1993, Castelfidardo və 2000, Barri)olub. O, Almaniya, Hollandiya, İtaliya, Fransa və Yaponiya, Vyetnam, Koreya, Çexoslovakiya və Filippində çıxış edib.

“Balalayka üçün tatar musiqisi” və “Balalayka üçün transkripsiyalar” toplularının müəllifi.

# 2410 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər