Şou-biznes, yoxsa qeyri-rəsmi porno sənayesi?

Şou-biznes, yoxsa qeyri-rəsmi porno sənayesi?
13 fevral 2025
# 12:04

Kulis.az Eminqueyin "Gizli porno industriyası" adlı yazısını təqdim edir.


Səhv düşəndə yerimiz...

Porno industriyası yoxdur, ona görə əlli manatlıq seks zəhmətkeşlərini studiyalarda yaxşıca "bəzəyib" "müğənni" kimi buraxırlar dövriyyəyə. Mahnı zay, səs yox, istedad heç yox, amma hər şey var – bədən, fiqura, sponsorun puluyla çəkilmiş kliplər, bir də qondarma "musiqi karyerası". Şou-biznes deyilən şey, əslində, bir sənaye kimi işləyir, amma ortada sənət yox, sadəcə, sponsorun sərmayəsini geri qaytarmaq var.

Müğənnidən çox sponsor layihəsi

Hərə bir sponsorun layihəsidir. Sponsor da elə-belə xərcləmir, aydındır da... Beləcə, əliylə verdiyi pulu (maddi, ya da fiziki) bədəniylə çıxarır. Və sonra həmin o "sənətçi" yoxa çıxır. Çünki onsuz da mövcudluğu sırf birinin keyfinə bağlı idi, sənət-filan deyildi, elə adi bir layihə idi.

Hansısa sponsorun keyfinə uyğun yaradılıb, sonra da onun kefinə uyğun olaraq yox olan bir "ulduz".

Bu gün var, sabah heç kim xatırlamır.

Əslində, bunlar kimdir?

Porno industriyası olsaydı, bunlar əllərinə mikrofon yerinə lazım olanı alıb keçərdilər kamera qarşısına. Heç olmasa, hamı biləcəkdi ki, bu işin adı nədir. "Sənət" adı altında seks vitrinləri olmayacaqdı. Açıq, şəffaf bazar olacaqdı. Nəticədə, nə baş verəcəkdi? Hamı biləcəkdi ki, o, əslində, hansı sənət üçün doğulub.

Yaxşı da pul var pornofilm aktrisalığında. Amma bu bazar bizdə olmadığına görə hər şey tərsinə işləyir. Ona görə də bu epoxaya düşmüşük. Bu dəqiqə hər yerdə rastımıza çıxan, özünü "sənətçi" adlandıran əlimikrofonlular, əslində, yarıda kəsilən, axıracan görə bilmədiyimiz porno ulduzlardır. Sadəcə, "mentalitet" pərdəsinin arxasında gizlənməyə məcbur qalıblar. Açıq şəkildə etmək istədiklərini pərdələyərək edirlər. Mahiyyət dəyişmir, sadəcə, adına "estrada" deyilir.

Vaxtikən türk kanalları var idi peykdə. Açırdın, qızlar əlini atıb alt paltarını çıxaranda qəfil bal reklamı gəlirdi. Adamın ürəyi çıxırdı yerindən. Bal dönüb zəhər olurdu.
Hə, belə işgəncəli dövrü olub bizim ərgən dövrlərimizin. Arxasını özümüz düz-qoş edirdik. Beyində tamamlanmayan səhnələr qalırdı.

İndi efirlər də eyni prinsiplə işləyir. Açırsan, bir müğənni efirdə çırpınır, nəğməsindən çox sinəsi titrəyir. Lazım olan qədərini göstərirlər, qalanını özün düz-qoş eləyirsən. Beynində davamını çəkirsən.

Seksual eyhamlar, işvələr, süni dramlar – amma yenə də o deyil. Çünki bazar açıq deyil, hamı nəyisə gizlətməyə məcburdur.

Əsl azadlıq olsa, nə baş verərdi?

Və əmin olun ki, bunlara bir az da "azadlıq" verilsə, alt paltarı da geyinməzlər. Heç nə gizlətmədən, "müğənnilik" qılafını da yırtaraq. Çünki mahiyyət dəyişməyəcək, sadəcə, format dəyişəcək.

Belə...

Bir sözlə, biznes!

Şoudan çox, pornobiznes…

# 6253 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər