“Solğun çiçəklər”in premyerası olacaq

“Solğun çiçəklər”in premyerası olacaq
29 may 2025
# 13:36

İyunun 7-də Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının “Artstudiya” teatr studiyasında birhissəli mistik faciə janrında hazırlanan “Solğun çiçəklər” tamaşasının premyerası olacaq.

Kulis.az xəbər verir ki, tamaşanın bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı isə Emil Elmanoğludur.

Səhnə əsərində Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.

Qeyd edək ki, Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı Gülnisənin, bacısı Pərinin ona qarşı olan amansızlığından, ögey münasibətindən bəhs edir. Şəxsi maraqları naminə əmisioğlu Bəhram tərəfindən atılan Saranın gələcəyə dair ən gözəl ümidləri də puça çıxır.

# 1704 dəfə oxunub

Oxşar xəbərlər

Maykl Ceksonun  "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

Maykl Ceksonun "Super Bowl" şousu haqqında sənədli film çəkiləcək

14:00 14 oktyabr 2026
Siqareti atdı, idmana başladı - Cem Yılmaz səhhətindən danışdı

Siqareti atdı, idmana başladı - Cem Yılmaz səhhətindən danışdı

13:31 14 oktyabr 2026
Stiven Kinqin  romanı əsasında çəkilən serial tənqid olundu - Səbəb

Stiven Kinqin romanı əsasında çəkilən serial tənqid olundu - Səbəb

13:00 14 oktyabr 2026
Salvador Dalinin  sənətini texnologiya ilə birləşdirən sərgi açılacaq

Salvador Dalinin sənətini texnologiya ilə birləşdirən sərgi açılacaq

12:30 14 oktyabr 2026
Suyun altında qədim amforalar tapıldı

Suyun altında qədim amforalar tapıldı

12:10 14 oktyabr 2026
Tupakın  qətlində təqsirləndirilən qanqsterə ömürlük həbs cəzası verildi

Tupakın qətlində təqsirləndirilən qanqsterə ömürlük həbs cəzası verildi

11:40 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər