Əskişəhərdə “Üççizgi” dərgisinin “Zəfər” sayı nəşr edildi

Əskişəhərdə “Üççizgi” dərgisinin “Zəfər” sayı nəşr edildi
26 iyun 2021
# 15:04

Əskişəhər Azərbaycanlılar Dərnəyinin təsis etdiyi “Üççizgi” dərgisinin 17-ci sayı “ZƏFƏR” adı altında nəşr edilib.

Kulis.az-ın xəbərinə görə, jurnalın bu sayı 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman ordumuzun mübarizəsi nəticəsində qazanılmış Qarabağ savaşına ithafən "Zəfər" adlandırılıb.

Dərginin “ZƏFƏR” sayında İkinci Qarabağ Müharibəsinin səbəb və nəticələri haqqında məqalə, Şuşa şəhərinin işğaldan azad edilməsində iştirak edən generalın etirafı, Müharibə zamanı ən çox zərər görmüş şəhərlərdən biri olan qazi şəhər Tərtər haqqında hekayə, Ali Baş Komandan İlham Əliyev haqqında şeir və başqa yazılara yer verilib.

Qeyd edək ki, məqsədi Azərbaycanın tarixini, mədəniyyətini tanıtmaq olan dərginin buraxılış sayları hər zaman aktual mövzuları əhatə edir. Məsələn, ötən ilin dekabr ayında yayımlanan 16-cı say mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin düşmən işğalından azad edilməsi münasibətilə dahi bəstəkarımız Üzeyir Hacibəyliyə, sentyabr ayında yayımlanan 15-ci say tariximizin şərəfli səhifələrindən biri olan II Qarabağ müharibəsinə, general Polad Həşimov başda olmaqla Tovuz şəhidlərinə, 14-cü say 1937-ci il repressiyalarına qurban getmiş dahi şairlərimiz Əhməd Cavad, Hüseyin Cavid və Mikayıl Müşfiqə həsr olunub.

Xatırladaq ki, “Üççizgi” dərgisi 2017-ci ildə Prezident İlham Əliyevin Azərbaycanda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı Azərbaycandan xaricdə fəaliyyət göstərən təşkilatların aktiv olaraq media fəaliyyətinə səsləməsi, televiziya, radio, qəzet və jurnal kimi fəaliyyətlərdə güclənməsinin vacibliyini ifadə etməsi ilə rüblük nəşrə başlayıb.

Bundan əlavə, Əskişəhər Azərbaycanlılar Dərnəyi tərəfindən Əskişəhərin yerli televiziya kanalı olan EsTV-də Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı hər həftə yayınlanan və 1 saatı əhatə edən "Üççizgi" adlı televiziya proqramının yayımına başlanılıb.

# 3018 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər