Seyfəddin Hüseynlinin “Tərcümə təcrübələri” nəşr olundu

Seyfəddin Hüseynlinin “Tərcümə təcrübələri”  nəşr olundu
10 noyabr 2024
# 12:32

Tanınmış tərcüməçi, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynlinin “Tərcümə təcrübələri” adlı kitabı çapdan çıxıb. “1-ci kitab: dünya ədəbiyyatından hekayələr, esselər və söhbətlər” kimi təqdim olunan, 424 səhifəlik bu nəşrdə S.Hüseynlinin anadilimizə çevirdiyi ədəbi mətnlərin bir qismi yer alıb.

Kulis.az xəbər verir ki, kitaba dünya ədəbiyyatının ayrı-ayrı ölkələri və dövrləri, fərqli ədəbi cərəyanları və estetik təmayülləri təmsil edən, bioqrafiyası, yaradıcılıq dəsti-xətti, mədəni-ictimai mövqeyi etibarilə ciddi şəkildə seçilən nümayəndələrinin Azərbaycan dilinə tərcümə edilmiş hekayələri, esseləri və söhbətləri daxildir.

Bu mətnlərdə həyata, insana, ədəbiyyata, incəsənətə münasibətdə maraqlı yanaşmalar, müxtəlif tarixi, ictimai, ədəbi-mədəni məsələlərlə bağlı diqqətəlayiq düşüncə və mülahizələr əks olunub.

Ümumilikdə 18 ölkədən 56 imzanı əhatə edən, 3 bölümdən ibarət kitabda 42 hekayə, 46 esse, 4 ədəbi söhbət var.

Hekayələr və esselər sırasında Amerikadan Riçard Brotiqan, Kurt Vonnequt, Corc Feyfer, Argentinadan Xorxe Asis, Avstriyadan Tomas Bernhard, Çexiyadan İvan Kraus, Çindən Li Fu-yan, Xuanfu Şi, Fransadan Anatol Frans, Anna Qavalda, Mişel Turnye, İngiltərədən Cerom Klapka Cerom, Gilbert Kit Çesterton, Artur Konan Doyl, Piter Smit, İsraildən Etqar Keret, İtaliyadan Luici Pirandello, İtalo Kalvino, Canni Rodari, Alessandro Piperno, Renzo Olivanın əsərləri verilib.

# 2554 dəfə oxunub

Oxşar xəbərlər

75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

16:30 26 oktyabr 2026
Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

13:30 26 oktyabr 2026
Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər