Sevin, sevilin, sevişin...

Sevin, sevilin, sevişin...
8 fevral 2024
# 16:50

Kulis.az El Romanın "Vüqar Saffari haqqında ballada" yazısını təqdim edir.

Bu yazıda məşhur "teleqrammer" Vüqar Van və "avtoritet" Orxan Saffari haqqında qeybət edəcəm.

Çoxdandır gündəmdə yoxsunuz, dostlar, şotuma şellənin. Hadi yine iyisiniz.

Vüqar Van haqqında bir çox həqiqət var. Həmin həqiqətlərin üzə çıxanı da var, hələ sirr kimi qalanı da.

Bu bir reallıqdır ki, gərək onun əlinə heç bir "kozr" verməyəsən. Çünki sonra ağzına gələni yazır.

Amma adamın üstündə Allah var, çox "true" yazıçıdı. Nə yaşayırsa, onu yazır.

Bir dəfə özü də belə status yazmışdı:

"Ağzıma nə gəldi yaşayıram".

Ağzına gələni yaşayır və yaşadığını da yazır Vüqar Van.

Adam feysbuku silib dedi ki, ədəbiyyat imtinadır, mən ədəbiyyata görə hətta feysbukdan da imtina edirəm. Getdi özünə teleqram səhifəsi açdı. Camaatın başını aldatdı ki, guya orda ciddi ədəbiyyat naminə çalışacaq, insanlara nələrsə çatdıracaq.

Nəticə isə yenə eyni. Hətta daha bərbad.

Yaxşı oğlanın məkanı olmayan kimi, Vüqarın da məkanı yoxdu. Şitlik eləyən adam harda gəldi şitliyindən əl çəkmir.

Bir ara saçını sarı rəngə də boyamışdı. Pis baxmıram ha, sadəcə, yaraşmırdı. Gülməli görsənirdi.

Arada əsgərlikdə yadıma düşürdü, cırılırdım gülməkdən. Komandir deyirdi, nəyə gülürsən, de, biz də gülək.

Deyirdim, onlar da gülürdülər.

Di gəl ki, "dabro"nu məşhur avtoportret, avtoritet Saffari verib deyə adam heç nə deyə də bilmir.

Yadımdadı, hətta Vüqar saçını boyayan kimi Orxan bioqrafiyaya yazdığı "Yaxşıların qardaşı" ifadəsini də silmişdi. Sonradan saç öz rənginə qayıdan kimi həmən ifadəni təzədən yazdı.

Belə maraqlı münasibətləri var.

Güclü "xlebnik"dilər,
Həm də "padelnik"dilər.

Üç-dörd saat bunların münasibəti haqqında fikirləşən kimi yer üzündəki gəlmiş-keçmiş bütün həqiqətlər bu iki şəxsin üstünə köçürülür.

Gəlib düz psixologiyanın üstündə otururlar. Tamam alt-üst olursan. Elə bilirsən ki, həyat sadəcə bu iki nəfərdən ibarətdir.

Biri Adəmdir, biri Həvva.

Biri Şəmsdir, biri Mövlanə.

Biri Yindir, biri Yanq.

Məsələn, toyuğun-yumurtanın başını buraxırsan, fikirləşirsən ki, birinci Vüqar yaranıb, yoxsa Orxan?

O dərəcə.

Dırnağından (görməmişəm, amma əminəm ki, bu da belədi) saçına kimi kreativ adamın seçdiyi təxəllüsə bax: "Vüqar Van".

"Vüqar Van" nədi, sən allah?

Elə bil, "Google Translate" ilə tərcümə eləmisən.

Mənim də öz təxəllüsüm xoşuma gəlmir. Amma bu, həm də adımdı da. Neyləmək olar?

Bunu mən seçməmişəm. Amma onu sən seçmisən.

Bir də ki, Orxan Saffari.

"Səfərov"u "Saffari" edib, olub yazıçı.

Gül kimi lüt qızların kadrına gətirib kitabını soxub, mənzərəni eliyib heç nə.

Ayıbdı, o cür mənzərəyə kitabını niyə dürtürsən?

Feysbukun filtrində şəkil bulanıqlaşdırılmışdı. Şəklin üstündə xəbərdarlıq da göstərilirdi: "Mənfi nümunələri ehtiva edə bilən vizual".

Üstünə basıb şəkli açırsan ki, "boje moy", bu nə gözəl mənzərədir belə. Feysbuk niyə filtrləyib görəsən?

Bir az daha diqqətlə baxırsan ki, budur, Orxanın "Hüznsov depressiya" kitabı kadra düşüb.

Sonra feysbuk o şəkilləri sildi. Lüt şəkillərə görə yox ha, Orxanın kitabına görə.

Ayıbdır, vallah, ayıbdır. Yoldaşlar, atın belə işlərin daşını.

Elə işlər görün ki, başınız qarışsın. Ədəbiyyata vaxtınız qalmasın.

Sevin.

Sevilin.

Sevişin.

Kitab oxuyun.

Amma öz kitabınızı yox.

# 10529 dəfə oxunub

Oxşar xəbərlər

Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

14:00 16 oktyabr 2026
Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

13:00 16 oktyabr 2026
"Nənələr" folklor qrupu  üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edildi

"Nənələr" folklor qrupu üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edildi

12:37 16 oktyabr 2026
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı

12:16 16 oktyabr 2026
Vüqar Zifəroğlu  Mətbuat Şurasının sədri seçildi

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

12:06 16 oktyabr 2026
Qanunlar susanda insanları nə idarə edir? – Cəmiyyətin görünməyən dayaqları

Qanunlar susanda insanları nə idarə edir? – Cəmiyyətin görünməyən dayaqları

12:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər