"Sevgilim məndən xəbərsiz burnunu kəsdirib" - Şəhriyar del Gerani

Şəhriyar del Gerani, şair

Şəhriyar del Gerani, şair

17 mart 2025
# 09:50

Kulis.az Şəhriyar del Geraninin feysbuk paylaşımını təqdim edir.

Bu əziz gündə qanınızı qaraltmaq istəməzdim, amma elə mövzular var, biganə qalmaq olmur.

O gün bir gənc dost hövlnak zəng eləyib, dedi, təcili görüşməliyik, məsləhətinə ehtiyacım var. Görüşdük. Gördüm tamamilə reallıq hissini itirib, özündə-sözündə deyil. Soruşdum, nə olub? İlin-günün bu vaxtı nəyə həyəcanlanmısan, ey bəxtəvər kopoyoğlu? Mənim axırıncı dəfə həyəcanlanmağım yadıma gəlmir, bu nə müftə xoşbəxtlikdir səndə? Nə desə yaxşıdır?

- Sevgilim burnunu əməliyyat elətdirib məndən xəbərsiz. Özümə yer tapa bilmirəm. Neyləyim?

İnanmazsınız, elə bildim avqustun cırhacırında əncir ağacına çıxmışam. Bu nə tufeyli sevgi münasibətləridir, İlahi? Doğrusu, yazığım gəldi gənc dostuma. Dedim, sənə veriləsi məsləhətim yoxdur, ay durna teli. Bizim sevib-sevilən dövrümüzdə belə şeylərə görə ölüm-itim olardı, bəyaz gecələr olardı, bəlalım mənim, ay uçan quşlar, əlində əlimin istisi qalıb, get get dayanma get bürün daş-qaşa olardı. Bizim sevgililərimiz bizdən xəbərsiz heç saçlarının rəngini dəyişməzdilər, nəinki kəsdirmək!

Gördüm altdan-altdan kövrəlir, dolumsunub, çırtma vursan qan çıxar. Dedim, ey gənc, indiki dövrdə çimə-çimə “tiş eləmək”dən və məsləhət verməkdən asan heç nə yoxdur, di gəl, bu situasiya mənim üçün yenidir. İcazə ver düşünüm, bir qərara gəlim, sonra danışaq. Suyu süzülə-süzülə getdi. Gecə mesaj yazdı ki, “Ayrıldıq”. Nə bilim. Ayrılığı da lap oyun-oyuncağa çeviriblər. Biz ayrılanda 5-6 min xərcimiz çıxardı təkcə Tbilisi səfərinə…

# 3225 dəfə oxunub

Oxşar xəbərlər

Qızını itirdi, özü ağır xəstə idi, amma yenə səhnəyə çıxdı – Şövkət Ələkbərova kimdir?

Qızını itirdi, özü ağır xəstə idi, amma yenə səhnəyə çıxdı – Şövkət Ələkbərova kimdir?

13:00 20 oktyabr 2026
Miri Rəsulzadənin yeni kitabı çap olundu

Miri Rəsulzadənin yeni kitabı çap olundu

12:59 20 oktyabr 2026
Azərbaycan əsilli rusiyalı reper Navai Qazaxıstandan deportasiya olundu

Azərbaycan əsilli rusiyalı reper Navai Qazaxıstandan deportasiya olundu

12:53 20 oktyabr 2026
Atatürkün  "Nutuk"u 8 xarici dildə nəşr olundu

Atatürkün "Nutuk"u 8 xarici dildə nəşr olundu

12:40 20 oktyabr 2026
"Övladımı itirdiyim üçün çox kədərliyəm..." - Məşhur model oğlunun ölümündən sonra danışdı

"Övladımı itirdiyim üçün çox kədərliyəm..." - Məşhur model oğlunun ölümündən sonra danışdı

12:20 20 oktyabr 2026
“Çap olunacağını düşünmürdüm” - Saday Budaqlıdan "Master və Marqarita" etirafı

“Çap olunacağını düşünmürdüm” - Saday Budaqlıdan "Master və Marqarita" etirafı

12:05 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər