Sevdiyin qızı vermirlər?

Kəramət Böyükçöl, yazıçı

Kəramət Böyükçöl, yazıçı

3 mart 2025
# 21:00

Kulis.az Kəramət Böyükçölün yeni yazısını təqdim edir.

Yevlaxda məktəbli imtahandan az bal topladığına görə intihar edib.

Allah rəhmət eləsin. Amma...

İnsan niyə bu qədər acizdir, görəsən?

Adam heç intihar edər?

Adam bu dünyadan uzaqbaşı küsər, sonra da barışar. Daha özünü öldürmək nədi?

Niyə uşaqlarınızı bu qədər aciz böyüdürsünüz? Universitet nədir ki, uşaq buna görə özünü öldürür? Yüz faiz evdə verilən tərbiyyənin nəticəsidir. Az bal toplamısan, cəhənnəmə ki... Gül, boş ver getsin. Ya özündə güc tap, yenidən hazırlaş, ya da heç oxuma, təhsil alma, nolacaq? Hamının təhsili olmalıdır? Guya oxuyanlar ağ günə çıxıb?

Hələ qız üstündə intihar eləyən var. Sevdiyi qızı buna vermirlər, bu da gedib özünü öldürür. Bu ağılla, bu iradəsizliklə yaxşı ki, o qızı sənə verməyiblər. Çıxış yolu tapmırsansa deyim. Get qızla danış, de ki, məni sevirsən? Fədakarlıq etməyə hazırsan? "Hə" dedisə, vəssalam. De, onda tut əllərimdən getdik. Cəsarətin olsun. Qaçırt. Kim sizə nə deyə bilər?

Gedin dağların arasında bir çadır qurub yaşayın. Yemlik yeyin, otlayın, sərçə əti bişirib yeyin. Qoy ata-anası axtarsın, tapa bilməsin, dəli olsunlar, başlarına hava gəlsin. Həm də tapıb neyləyəcəklər? Öldürəcəklər? Qoy öldürsünlər, amma sən özünü öldürmə. Həm də onlar sizi tapana kimi nəvələri olacaq. Baxıb ürəkləri yumşalacaq, barışmaqdan başqa da yolları qalmayacaq.

Bu qədər variantlar ola-ola adam ölümü seçər heç? Onsuz da öləcəksən də, əvvəl-axır bu can, bu bədən torpağın altında çürüyüb gedəcək. Bir də bu dünyaya gəlmək şansın yoxdu axı. Bu gözəl günəşdən, aydan, ulduzlardan, yerdən, göydən necə ayrıla bilirsən?

İnsan niyə bu qədər acizdiR?

# 2299 dəfə oxunub

Oxşar xəbərlər

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
Kül o kişinin başına ki...

Kül o kişinin başına ki...

13:00 6 aprel 2025
# # #