Sevda Ələkbərzadə Türkiyədə konsert verəcək

Sevda Ələkbərzadə Türkiyədə konsert verəcək
23 yanvar 2023
# 16:20

Əməkdar artist Sevda Ələkbərzadə uzun fasilədən sonra ölkəxaricində geniş kütlə qarşısına çıxacaq.

Kulis.az xəbər verir ki, sənətçi Türkiyənin caz musiqiçisi, saksafon ifaçısı Anıl Şallıellin dəvəti ilə 23 fevral tarixində İstanbulun məşhur konsert salonu "Grand Pera"da həmkarı ilə konsert verəcək.

Məlumata görə, iki qardaş ölkənin məşhur musiqiçiləri bir müddət öncə birlikdə "Excited" adlı albom hazırlayıblar. Elə sözügedən konsertdə də bu albomdakı bütün musiqilər canlı şəkildə ifa olunacaq.

"Düşünürəm ki, bu albom Türkiyənin nəinki ən maraqlı musiqi toplusudur. Hətta onların da dediyi kimi indiyə qədər bu cür Türkiyə etno-caz və Azərbaycan muğamlarını, milli, klassik musiqi dalğasını özündə əks etdirən bir albom olmayıb" - deyə Sevda Ələkbərzadə əlavə edib.

# 3723 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər