Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma
29 oktyabr 2025
# 11:18

Sənət əsərlərinin orijinalını yaxından görmək stressi azaldır, immuniteti gücləndirirmiş.

Kulis.az xarici mediaya istinadən mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Yeni aparılmış bir tədqiqat göstərib ki, qalereyada Manenin, Tuluz-Lotrek və Van Qoqun orijinal əsərlərinə baxmaq insan sağlamlığına xeyli yaxşı təsir göstərə bilər.

Kiçik miqyaslı bu araşdırmanın nəticələrinə görə, orijinal sənət əsərlərinə baxmaq stressi azaldır, orqanizmdə iltihabi reaksiyaları tənzimləyir və bununla da ümumi səhhəti yaxşılaşdırır.

Tədqiqatçı Toni Vuds bildirib ki, əldə olunan nəticələr “qalereyada sənət əsərlərini canlı görməyin insana həqiqətən yaxşı təsir etdiyinə” dair inandırıcı sübutdur:

“Qısaca desək, sənət bizi yalnız emosional baxımdan təsirləndirmir, həm də bədəni sakitləşdirir,” – deyə o əlavə edib.

Təcrübədə 18–40 yaş aralığında 50 sağlam yetkin şəxs iştirak edib. Onların yarısı Londondakı bir qalereyada orijinal şah əsərləri izləyib, digər yarısı isə həmin tabloların surətlərinə laboratoriya şəraitində baxıb.

Hər iki qrupun iştirakçıları 20 dəqiqəlik sessiyalar zamanı ürək döyüntüsünü, ürək döyüntülərinin dəyişkənliyini və dəri temperaturunu ölçən tibbi sensorlar taxıblar. Bundan əlavə, tədqiqatçılar tüpürcək nümunələrində stress hormonu kortizolun və iltihabı tənzimləyən sitokinlərin (IL-6 və TNF-α) səviyyəsini də analiz ediblər.

Nəticələr çox maraqlı olub: Qalereyaya gedənlərdə kortizol səviyyəsi orta hesabla 22% azalıb, laboratoriyada surətlərə baxanlarda isə bu göstərici cəmi 8% təşkil edib.

Orijinal əsərləri görənlərdə IL-6 və TNF-α sitokinlərinin səviyyəsi müvafiq olaraq 30% və 28% azalıb.

Bu hormon və markerlərin azaldılması, ürək-damar xəstəlikləri, diabet, narahatlıq və depressiya kimi sağlamlıq problemlərinin qarşısını almaqda mühüm rol oynaya bilər.

Vudsun sözlərinə görə, bu nəticələr göstərir ki, mədəni təcrübələr - yəni sənətə canlı şəkildə toxunmaq həm zehni, həm də fiziki sağlamlığı qorumaqda real təsirə malikdir.

Qalereyada orijinal əsərlərə baxan iştirakçılarda ürək döyüntüsünün dəyişkənliyi artıb və dəri temperaturu azalıb. Bu, onların emosional baxımdan daha çox təsirləndiyini göstərir. Surətlərə laboratoriyada baxanlarda isə bu fizioloji dəyişikliklər müşahidə olunmayıb.

İştirakçılar beş tabloya baxıblar:

Anri de Tuluz-Lotrek - "Jane Avril in the Entrance to the Moulin Rouge, Putting on her Gloves"

Eduard Mane - "A Bar at the Folies-Bergere"

Eduard Mane - "Banks of the Seine at Argenteuil"

Vincent van Qoq – "Self-Portrait with bandaged ear"

Pol Qogen – "Te Rerioa (The Dream)"

Araşdırma "Psychiatry Research Trust" və Böyük Britaniyada fəaliyyət göstərən "Art Fund" xeyriyyə təşkilatı tərəfindən maliyyələşdirilib.

Nəticələr hələlik elmi jurnallarda rəsmi olaraq dərc edilməyib, münsiflər heyətinin qərarından sonra nəşr olunacaq.

"Art Fund"un direktoru Cenni Voldman bildirib ki, bu araşdırma insanların şəxsi xüsusiyyətlərindən və emosional zəkasından asılı olmayaraq, orijinal sənət əsərlərinə baxarkən eyni müsbət təsirləri hiss etdiyini göstərib.

“Ən həyəcanverici cəhət odur ki, bu faydalar universaldır və hər kəs tərəfindən yaşana bilər,” – deyə Voldman vurğulayıb.

Bu nəticələr İsveçrədə artıq tətbiq olunan “muzey reseptləri” təşəbbüsünü də xatırladır. Orada həkimlər bəzi xəstələrinə pulsuz muzey ziyarətləri təyin edərək, sənət terapiyasını müalicə forması kimi istifadə edirlər.

Sənətə yaxın olmaq — yalnız estetik zövq deyil, həm də sağlamlıq üçün real bir qaynaqdır.

Qalereyaları ziyarət etmək, orijinal əsərləri canlı görmək bədənimizdə stress hormonlarını azaldır, immunitet sistemini gücləndirir və ruhumuza dinclik bəxş edir.

Sənət təkcə ruhu deyil, bədəni də şəfalandırmaq gücünə malikdir.

# 157 dəfə oxunub

Oxşar xəbərlər

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

16:37 23 oktyabr 2025
Uşaqların sevimli yazıçısı  - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

Uşaqların sevimli yazıçısı - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

16:30 23 oktyabr 2025
İmpressionizmlə kubizm arasında... - Pikasso niyə  “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

İmpressionizmlə kubizm arasında... - Pikasso niyə “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

16:22 22 oktyabr 2025
Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

13:30 22 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər