Sən, müəllim, görmürdün bu uşağın yaşıdlarına qarşı hərəkətlərini? - Malik Atilay

Sən, müəllim, görmürdün bu uşağın yaşıdlarına qarşı hərəkətlərini? - Malik Atilay
21 fevral 2024
# 13:00

Kulis.az Malik Atilayın yeni yazısını təqdim edir.

Qatilləri biz yetişdiririk - demişdi müəllimim - biz yetişdiririk, çünki bu gün şillə atanın sabah bıçaq atacağını bilə-bilə susuruq.

Gümüş olan danışmaqdansa, qızıl olan susmağı seçmişik həmişə. Amma boğaza qədər qızıl içində üzə bilməmişik, çünki susqunluğumuz bizə ancaq və ancaq çirkab hədiyyə edib.

Dünən üzə çıxan hər iki videoya da demək olar ki, hər kəs baxıb. Bir qızın alnına söyüş yazıb, başında yumurta sındırıb, saçını kəsən yaşıdları və balaca qızını döyən ata.

Günahkar məktəbdir!

Xeyr, əzizim, sənin tərbiyə vermədiyin uşağa müəllim tərbiyə verə bilməz...

Günahkar sosial şəbəkələrdi!

Xeyr, əzizim, sənin tərbiyə vermədiyin uşağa Mark Zukerberq tərbiyə verə bilməz...

Belə-belə saatlarla günahkar axtara bilərik, amma günah keçisi tapmaqdansa, çarə tapmalıyıq.

Sən, müəllim, görmürdün bu uşağın yaşıdlarına qarşı hərəkətlərini?

Sən, valideyn, görmürdün övladın hər kəsi ələ sala biləcəyini düşünür?

Biz, cəmiyyət, görmürdük o videoya çəkilərkən, niyə yaxınlaşmadıq?

Yəni axtarılan günahkardısa, hamımızda bir az günah var.

Axtarılan çarədisə, heç birimizdə çarə yoxdu.

Yaşadığımız əsrin ilk onilliyində metrolarda açıq blutuz görən kimi erotik şəkillər göndərən böyük bir nəslin şah əsəridir bu gün yaşadıqlarımız.

Bəlkə, bunları edərkən ağlıkəsməz bir yeniyetmə idilər, uşaq idilər, amma təbii ki, bir gün böyüyəcəkdilər...

O uşaqlar böyüdü, valideyn oldu, uşaqlarını döydü.

O uşaqlar böyüdü, valideyn oldu, uşaqları başqalarını incitməyə başladı.

O uşaqlar böyüdü...

# 2357 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər