Səlim Babullaoğlu: "Həmid Herisçi haqqında rəyə ehtiyac yoxdur"

Səlim Babullaoğlu:  "Həmid Herisçi haqqında rəyə ehtiyac yoxdur"
6 may 2024
# 12:30

"AYB-yə üzv olmaq da, çıxmaq da könüllüdür. Azərbaycan ədəbiyyatının ən yaxşı mətnlərini birliyə üzv olanlar yaradır. Yazıçılar birliyi polemikalara açıqdır...."

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin katibi, qəbul komissiyasının sədri Səlim Babullaoğlu AYB-nin Birliyə qəbul məsələləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müəlliflər istədikləri vaxt birliyə sənəd verə bilməzlər:

"Mən birliyə üzv olan müəllifləri də, olmayanları da xarici dillərə tərcümə etdirmişəm. Biz ədəbi prosesi işıqlandırmaq baxımından dəyərli hesab etdiyimiz mətnləri dərc etdirmişik. Bu, işi sistemsiz eləyir. Qərara gəldik ki, 8 həftə öncədən mətbuatda dərc olunmaqla sənəd qəbulu təşkil edək. 3 il ərzində minə yaxın sənəd verilib. Hər adam bir kitab versə, bu, min kitab deməkdir. Məqsədimiz prinsipsizliyin qarşısını almaqdır. Sənəd verənlərin yarısını rədd eləmişik. Sonra təzyiqlərlə üzləşirik. Deyirlər ki, necə mənim rəy verdiyim adamı seçmirsiniz? Bəzən də rəy verənlərin qarşısında aciz qalırıq..."

O qeyd edib ki, üzvlüklə bağlı bəzi müəlliflərə birlik müraciət edir:

"Bəzən biz özümüz müraciət eləyirik müəlliflərə. Məsələn, Həmid Herisçi. O, artıq ədəbiyyatımızın klassikidir. Onun rəy verilməyə ehtiyacı yoxdur. Bəzən xaricdə yaşayan müəlliflərimizə də üzvlüklə bağlı müraciət edirik. Ancaq əvvəlcə səfirliklə əlaqə saxlayırıq. Bəlkə, o adam erməni abidəsinə gül qoyub?"

Ülvi Bahadır

# 3166 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər