Səid Rüstəmovun xatirəsi anıldı

Səid Rüstəmovun xatirəsi anıldı
11 iyun 2024
# 16:05

Xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun vəfatının 41-ci ildönümündə Fəxri xiyabanda xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Kulis.az xəbər verir ki, anım mərasimində görkəmli sənətkarın adını daşıyan Beynəlxalq Muğam Mərkəzinin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin kollektivi unudulmaz bəstəkarı dərin ehtiramla yad edib.

Orkestrin bədii rəhbəri və baş dirijoru Mustafa Aşurov çıxış edərək bəstəkarın Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən söz açıb. Bildirib ki, Xalq Çalğı Alətləri Orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931-ci ildə yaradılıb. Bununla nəinki Azərbaycanda, bütün Şərq aləmində professional notlu xalq çalğı alətləri orkestrinin əsası qoyulub. 1931-ci ildən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri, 1935–73-cü illərdə orkestrin baş dirijoru və bədii rəhbəri olmuş görkəmli bəstəkar Səid Rüstəmov bu orkestr üçün bir sıra əsərlər yazmışdır. Hazırda bəstəkarın adını daşıyan kollektiv hər zaman xatirəsini əziz tutaraq onun qoyduğu yolu uğurla davam etdirir.

Diqqətə çatdırılıb ki, bəstəkar yaradıcılıqla yanaşı, tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrların hazırlanması işinə də xüsusi diqqət yetirib, musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri olub. Azərbaycan Dövlət Konservatoriyasında Xalq musiqisi kafedrasını yaradıb. Milli musiqi xəzinəmizə gözəl incilər bəxş edən bəstəkarın geniş yaradıcılıq fəaliyyətinə onun ictimai xadim kimi xidmətləri də daxildir. Dahi Üzeyir bəyin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsi 1949-1953-cü illərdə məhz Səid Rüstəmova həvalə olunmuşdu.

Orkestrin üzvləri Əməkdar artist, tarzən Səbuhi Cəfərov, kamança ifaçısı Vidadi Paşayev bəstəkar haqqında xatirələrini bölüşüblər.

# 2385 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər