Şəhid anası oğluna niyə toy etdi?

Şəhid anası oğluna niyə toy etdi?
30 noyabr 2021
# 13:05

İtki insana hər şey etdirə bilər.

Onu dəli də edər, divanə də.

Bunu özümdən, öz təcrübəmdən yaxşı bilirəm.

İtkinin yaratdığı ab-hava səni elə bil qəribə hala salar ki, heç cür o haldan çıxa bilməzsən.

Bəzən görürəm, kimsə öz atasının, ya anasının ölümünü sosial şəbəkədə yazıb bildirir.

Camaat da onu qınaq obyektinə çevirir.

Hətta bir dəfə bir aparıcının sosial şəbəkədə öz acısını paylaşması kütləvi ironiya hədəfinə çevrilmişdi.

Hamı kameranı itkini yaşayan adamın kənarından qoymuşdu.

İtkini yaşayan adamın özündən baxmaq lazımdı hadisəyə.

Düzü, çox adama çətindir bu.

Çünki itki yaşamaq, itirmək, onun yaratdığı ağrı-acı hər adamı bir cür sarsıdır.

Bu yaxınlarda öz şəhid oğluna toy eləyən ananı görəndə içimdəki ən solğun nəğmələr də öldü.

Ana öz şəhid oğlunun şəklini toy salonuna gətirir və hamı da alqışlarla “şəhid”i qarşılayır.

İtki qadının daxili dünyasını bu şəkildə viranə qoyub.

O şəhid anasını çox gözəl anlayıram.

Onu yaxşıca hiss edirəm.

Öz oğlunun toyunu görmək kimi ibtidai bir hiss ana üçün dünyalara dəyəcək bir şeydi.

Amma və lakin...

Nə ehtiyac var buna?

Bunun özü ağrını daha da artırmaq deyilmi?

Şəxsən mən, o videoya bir də baxa bilməyəcəm.

Tüklərimi biz-biz edən və mənə rahatlıq verməyən o videoya o ana necə baxacaq?

Yaxşı, şəhid anası dərddən, ağrıdan nə etdiyini bilmir.

Çox yaxşı.

Onu anlamalı və sayğı göstərməliyik.

Bəs toyda iştirak edən, yaxud toy söhbətindən əvvəl ananın başına yığışanlar?

Niyə ananın bu fikrinə etiraz etmədilər?

Niyə ona bunun yaxşı bir şey olmadığını izah etmədilər?

Yoxsa onlar da düşünürdülər ki, bu şəhid anasının ürəyinə su səpəcək?

Xeyr!

O toy videosuna baxan ananın gələcəkdəki görüntüsünü dəqiq görürəm.

Ana toy diskinə baxır, ağlayır. Toy bitir, təkrar baxır və ağlayır.

Heç kim onu dindirə bilmir.

O toya baxır və ağlayır.

Oğluna baxır və ağlayır.

Bu ağrıya kim dözər, ay insafsızlar?


# 8255 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #