Səbuhi Atababayev: "Əvvəlcə qadını ayaqüstə çəkmək istəyirdik, qadın oturanda gördük ki..."

Səbuhi Atababayev:  "Əvvəlcə qadını ayaqüstə çəkmək istəyirdik, qadın oturanda gördük ki..."
1 dekabr 2021
# 17:20

Kulis.az Sevda Sultanovanın təqdimatında “Rəssam emalatxanası” adlı yeni rubrikaya başlayır. Rubrikada ölkəmizdə fəaliyyət göstərən rəssamlar öz əsərləri haqqında danışacaqlar. İlk qonağımız quruluşçu kino rəssamı, rəngkar, bir çox ölkə və beynəlxalq sərgilərin iştirakçısı Səbuhi Atababayevdir.


Quldur

Kinorəngkarlığın da adi rəngkarlıqdan fərqli olaraq naturalar fərqli fomalarda işlənir. İncəsənət Universitetində tələbələr üçün belə obrazları yaradırıq ki, onlar təcrübə toplasın, kinoobraz təsəvvürləri formalaşsın. Yəni sonradan özləri bu cür obrazları yarada bilsinlər. Bəzən tələbələrimizlə birlikdə işləyirik ki, necə işləndiyini əyani görsünlər. Bir növ ustad dərsləri kimi. Bu adam naturaçı kimi universitetdə işləyir, bizdə natura şöbəsi var, maraqlı adamları götürürük. Onların sifət quruluşuna baxıb hansı obraza uyğun olduqlarını təyin edirik.

Gül natürmortu

Bu sadə gül natürmortudur. Çox işləyirəm bu cür natürmortlar. Bizim rəssamlarda impressionizm ruhu güclüdür. Xüsusən, rus impressionistlərinin rəngkarlığımıza təsiri böyük olub. Bunu Abşeron məktəbinin ənənələri ilə sintez eləməyi sevirəm.

“Dəvələr”

“Dəvələr” Abşeron məktəbinin üslubundadır, bura isti və soyuq tonların kontrastı xasdır.

Portretlər

Artıq qalan rəngləri kətanın üzərinə yığırıq. Quruyandan sonra baxırıq, nəsə daxildən gələn obraz tapırıq və onu yığırıq. Yəni bu portretlər spontan alınır, müxtəlif hissləri ifadə edir.

Koroğlu

Tahir Salahovdan sonra Koroğlunun portretini işləyən çox olmayıb. Qərara aldıq ki, tarixi qəhrəmanlarımıza yeni qayıdış edək. Yenidən obrazlarını, geyimlərini araşdıraq. Bu, sırf öz təşəbəssümüzdür.

“Döyüşçü”

Bu, orta əsr döyüşcüsüdür, azərbaycan, türk, ərəb döyüşçü obrazlarıyla sintez etmişəm. Müxtəlif naxışlarla, parçalarla işləməyi, özümdən detallar əlavə edib maraqlı obrazlar tapmağı sevirəm.

“Silahlar”

Tariximizi əks etdirən silahlarımızın rəsmidir. Silahlarımızın özünməxsusluğunu, detallarını göstərmişik. Bu seriyadan çox işləmişik. Bu, Qarabağ seriyasıdır. Qarabağda istifadə olunmuş silahlar, aksessarlardır. Şuşa qalasının açarlarını da işləyəcəyik. Səfəvi, xanlıqlara aid olan dövrü də əhatə eləmişdik. Çalışırıq ki, bu əsərləri satmayaq.

“İblis”

“İblis” əsərinin personajlarıdır. Əvvəl başqa tonlarda başlamışdım. Dövr keçdikcə rəssamın da palitrası dəyişir. Sonra əsərə qayıdanda gördüm ki, daha parlaq rənglərlə işləyirəm. Məndə bir dövr parlaq rənglər dövrü oldu. Amma baxdım ki, bu əsər o dövrə uyğun deyil, saxladım. Həvəs gəlsə bitirəcəm. Realistik bir şey istəmirəm. Msitik abu hava olmalıdır ki, bunu da əsər özü tələb edir.

“Dərviş”

“Dərviş”lər seriyam var. Gördüyünüz dərviş alim rəsmidir. Dərviş mövzusu maraqlıdır. Sərgi üçün saxlamışıq. Nə işləyirimsə, işləyim mütləq sonda Şərqə qayıdıram.

Meyvə natürmortu

Burdakı rənglər daha qurudur. Zaman keçdikcə rəssamın palitradakı rəngləri azalır. Çünki öz rənglərini tapırsan. Müəlimlərimiz deyirdi ki, vaxt gələcək 3-4 rəngdə dayancaqsız.

Naturaçı qadın

Əvvəlcə qadını ayaqüstə çəkmək istəyirdik, kompozisiyanı elə qurmuşduq. Amma istədiyimiz kimi alınmadı. Sonra qadın oturanda gördük ki, belə daha daha yaxşı alınır. 20 dəqiqəyə işlədik.

“Əjdaha”

Bu, Çin mövzusudur. Sifariş vermişdilər, hələ tamamlamalıyam.

Müəllim portretləri

Müəllimlərimizin portretidir, tələbəlik işləridi. Yağlı boya ilə işləmişik.

# 15651 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər