Səbail rayonunda 252 abidəyə mühafizə lövhəsi vurulacaq

Səbail rayonunda 252 abidəyə mühafizə lövhəsi vurulacaq
3 noyabr 2022
# 17:40

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə mühafizə lövhələrinin vurulması ilə bağlı yeni layihəyə başlayıb.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində ilkin olaraq Səbail rayonunda yerləşən 252 tarix-memarlıq abidəsinə mühafizə lövhələri vurulacaq.

Qeyd olunub ki, artıq paytaxtın Azadlıq prospekti, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva və Səməd Vurğun küçələrində yerləşən tarixi abidələrə mühafizə lövhələrinin vurulmasına başlanılıb. Mühafizə lövhələrinin vurulması Dövlət Xidmətinin Bakı Regional İdarəsi və Səbail Rayon İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən təmin edilir.Layihə çərçivəsində həm Bakıda, həm də regionlarda yerləşən tarix-mədəniyyət abidələrinə yeni mühafizə lövhəsinin vurulması nəzərdə tutulur.

# 2632 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər