Şahbaz Xuduoğlu: "Gücümüzü birləşdirməliyik..."

Şahbaz Xuduoğlu, naşir

Şahbaz Xuduoğlu, naşir

8 fevral 2022
# 11:30

"Bu müraciətim 70-ci illərdən sonrakı yaradıcı nəsilə ünvanlanıb. Naşir kimi yeni yaradıcı mühitin formalaşmasında hansı rolu oynaya bilərəm, yaradıcı gəncliyə necə dəstək ola bilərəm? Bu suala cavab tapmaq üçün sizlərlə görüşmək istəyirəm. Uzaqda qalmaqla bir-birimizə dəstək ola bilmərik. Gücümüzü bir edək. Yazaq, nəşr edək, təbliğ edək, daha geniş çevrələrə xitab edək" - bu sözləri "Qanun Nəşrlər" evinin direktoru Şahbaz Xuduoğlu öz sosial media hesabından yaradacı insanlara müraciətlə deyib.

Kulis.az həmin müraciəti təqdim edir.

"Əziz yaradıcı dostlar

Bu həftənin şənbə günü yaradıcı insanlarla görüşmək istəyirəm. Məqsəd, nəşriyyat kimi öz imkanlarımızla tanış etmək, eləcə də onları dinləmək, fikir mübadiləsi aparmaq, yeni yaradıcı gəncliyə yardım etməkdir.

“Sevdiyim 50 hekayə” layihəsi ilə bağlı yerli yazarlarımızın əsərlərini oxuyuram. Xeyli yeni imza ilə tanış oldum.

70-ci illər nəsli pis-yaxşı üzə çıxa biliblər. Yəni, kitabları nəşr olunub, mətbuatda daim çıxış edirlər, yaradıcı təsir gücü yaradıblar, müəyyən bir mühit də formalaşdıra biliblər. Cəmiyyət artıq onları tanıyır. 80-ci il və sonrakı nəsillər daha pərakəndə görünür; kitabları azdır, 70-lərə nisbətən daha passivdirlər.

Amma “Sevdiyim 50 hekayə”də üzə çıxa bilən, iddia qoyan az imza rastıma çıxdı.

İllər öncə kitab bloggerlərini görüşə dəvət etdim, hələ də o xoş təəssürat yaddaşımdadır. Kitab mühitində hadisə oldu. İnanıram, yaradıcı ortamın bir araya gəlməsinin kitab işinə, sizin yaradıcılığınıza çox böyük töhfəsi olacaqdır.

Bir kitabın ərsəyə gəlməsi üçün əsas onu yazandır, sonra onu tərtib edən, daha sonra isə növbə naşir və kitabçılara gəlir.

Nəzərdə tutduğum görüşdə şair, yazıçı, tərcüməçi, rəssam və mətn üzərində çalışan bütün heyəti görmək istəyirəm.

Naşir kimi yeni yaradıcı mühitin formalaşmasında hansı rolu oynaya bilərəm, yaradıcı gəncliyə necə dəstək ola bilərəm? Bu suala cavab tapmaq üçün sizlərlə görüşmək istəyirəm.

Bu həftənin şənbə günü vaxt ayırın, nəşriyyata gəlin. Həm bizim imkanlarla tanış olun, həm də fikir mübadiləsi aparaq. Qarşılıqlı imkanlarımızı dəyərləndirək. Gözləntilərinizi dilə gətirin.

Uzaqda qalmaqla bir-birimizə dəstək ola bilmərik. Gücümüzü bir edək. Yazaq, nəşr edək, təbliğ edək, daha geniş çevrələrə xitab edək.

Yaradıcı əməkdaşlıq üçün o an gəlib.

Şənbə günü, fevralın 12-də, saat 14:00".

# 3339 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər