Şahbaz bəy fikirlərini redaktə eləsin - Akademik Milli Dram Teatrından cavab

Şahbaz bəy fikirlərini redaktə eləsin - Akademik Milli Dram Teatrından cavab
6 iyun 2022
# 16:30

Azdrmada cəmi 5-6 tamaşa repertuardadır. Hamısının rejissoru və baş rejissoru, üstəlik teatrın baş rejissoru Nemət Paşadır. Bu ölkədə başqa rejissor yoxmu? Dövlət etimad edir, vəzifə verir, islahat gözləyir, onlar da islahat əvəzinə özlərinə kolxoz yaradırlar.

Bu sözləri “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu öz feysbuk profilində yazıb.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı Medianews.az-a açıqlamasında Şahbaz Xuduoğlunun tənqidi fikirlərinə münasibət bildirib. O, qeyd edib ki, naşirin Milli Teatr haqqında səsləndirdiyi fikirlər doğru deyil:

“Şahbaz Xuduoğlu teatr prosesini yaxından izləsəydi, kiçik bir araşdırma aparsaydı, feysbukda yazdığı fikirlərin doğru olmadığını görər və fikrindən daşınardı. Amma yenə gec deyil, mən faktları sadalayım, Şahbaz bəy fikirlərini redaktə eləsin. Əvvəla, teatrda baş rejissor vəzifəsi yoxdur. İkincisi, Akademik Milli Dram Teatrındakı tamaşaların hamısının teatrın bədii rəhbər-direktoru Azər Paşa Nemətov tərəfindən hazırlanması iddiası kökündən yanlışdır. Əgər istinad yeri teatrın qarşısındakı afişalardırsa, həmin afişalar dəyişkəndir, vaxtaşırı bir-birini əvəz edirlər. Yəni teatrın qarşısındakı afişalardan iki-üçünün şəklini feysbukda paylaşıb insanları çaşdırmaq olmaz. Teatrın cari repertuarında olan tamaşaların rejissorları bunlardır: Azər Paşa Nemətov, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Firudin Məhərrəmov, Nicat Kazımov, Mikayıl Mikayılov, Əlif Cahangirli, Emil Əskərov.

Mərahim Fərzəlibəyovun “Qarabağnamə”, “Qürbətdən gələn məktublar”, “Qətibə İnanc”, “Mənim günahım”, Bəhram Osmanovun “Dəli yığıncağı”, Firudin Məhərrəmovun “Anamın kitabı”, Nicat Kazımovun “Zorən şorgöz”, “Filumena Marturano”, “Mikayıl Mikayılovun “Xanuma”, “Müfəttiş”, Əlif Cahangirlinin “Buratino axmaqlar ölkəsində”, “Çipollino”, “Bir, iki, bizimki”, Emil Əskərovun “İnanıram”, “Sehrli buta”, “Sehrli sandıq” tamaşaları repertuardadır. Mehman Fətullayevin “Sığınacaq”, Emil Əskərovun “Medeya”, Nigar Güləhmədovanın “Küknarlara məktub” tamaşaları üzərində iş aparılır, bu səhnə əsərləri yaxın günlərdə təqdim olunacaq”.

# 3242 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər