Rüşvət aldığına görə dərisi soyulan hakim - 7 dəhşətli rəsm əsəri

Rüşvət aldığına görə dərisi soyulan hakim - 7 dəhşətli rəsm əsəri
18 iyul 2024
# 21:00

Özündə ölümü və dəhşəti ehtiva edən rəsm əsərləri çox olub. Bu cür rəsmlər adətən mifologiyadan, dindən və rəssamın xəstə təfəkküründən doğurdu.

Kulis.az incəsənət tarixinin ən qorxunc yeddi rəsm əsərini təqdim edir.

1. “Velaskesin “Papa X İnnokentiyin portreti”nə etüd” – Frensis Bekon, 1953-cü il

Bu məşhur qorxunc əsər ispan rəssam Dieqo Velaskesin “Papa X İnnokentiyin portreti” əsərinin “korlanmış” versiyasıdır. XX əsrin qalmaqallı rəssamlarından olan Frensis Bekon iyirmi il ərzində Velaskesin əsərinə müxtəlif versiyalar çəkib. Maraqlı cəhət isə budur ki, Bekon orijinal rəsmi ömründə cəmisi bir dəfə, özü də, ona müxtəlif versiyalar çəkəndən sonra görüb.

2. “Kəsilmiş başlar” – Teodor Jeriko, 1818-ci il

Adından da göründüyü kimi, Jeriko bu əsərində kəsilmiş insan başlarını təsvir edib. Yeri gəlmişkən, Jerikonun ən məşhur əsəri böyük qalmaqal doğuran “Meduzanın bədəni” rəsmidir. Üstəlik, rəssam emalatxanasında insan bədəninin hissələrini, həmçinin, kəsilmiş kəllə də saxlayırdı.

3. “Oğlunu yeyən Saturn” – Fransisko Qoyya, təqribən 1819-1823-cü illər

Yunan mifologiyasındakı Titan Kronos, başqa adla Saturn onu devirəcəklərindən qorxduğu üçün uşaqlarını yeyirdi. Qoyyanın əsərində həmin proses təsvir olunub. Özü də, Qoyya bu əsəri birbaşa evinin divarına çəkib, yəni, onu başqalarının ixtiyarına vermək istəməyib (Qoyyanın bu cür on dörd əsəri var). Qoyya öləndən sonra Salvador Martines Kubels bu əsəri kətana köçürüb, amma heç kim ona sahib olmaq istəmədiyi üçün əsər Madriddəki Prado Muzeyinə hədiyyə edilib.

4. “Gecə qarabasması” – Henri Füsli, 1781-ci il

Bir çox tədqiqatçının fikrincə, bu əsər özündə dəhşəti, seksuallığı və xəstəliyi ehtiva edir. Əbəs yerə bu rəsm üzərindən çıxış edərək yuxular haqqında psixoanalitik nəzəriyyələr yaratmayıblar. Deyilənlərə görə, Ziqmund Freyd bu əsərin reproduksiyasını Vyanadakı mənzilinin divarından asmışdı.

5. “Marsiyin cəzalandırılması” – Tisian, təqribən 1570-76-cı illər arası

Tisianın axırıncı əsərlərindən olan “Marsiyin cəzalandırılması” rəsmində satir Marsiyin öldürülməsi təsvir olunub. Satir Marsiy tanrı Apollonu inadla musiqi yarışmasına çağırır və uduzduğu üçün cəza kimi onun diri-diri dərisini soyurlar.

6. “Meduza” – Karavaco, 1597-ci il

Karavaconun qorxunc və qeyri-adi rəsm əsəri Meduzanın başının Persey tərəfindən kəsilməsini təsvir edir. Rəsmin iki versiyası mövcuddur: biri şəxsi kolleksiyadadır, ikincisi isə Florensiyadakı Uffitsi muzeyində saxlanılır. Rəssam Meduzanın simasında öz avtoportretini çəkib.

7. “Kambizin məhkəməsi” – Jerar David, 1498-ci il

Əsərdə rüşvət aldığı üçün dərisi soyulan fars hakim Sisamna təsvir edilib. Herodotun yazdığına görə, hakim Sisamna rüşvət alıb haqsız hökm çıxardığı üçün II Kambizin əmriylə diri-diri soyulub. Onun dərisi isə növbəti hakimin – Sisamnanın oğlunun oturacağı stula üzlük kimi çəkilib.

# 3861 dəfə oxunub

Oxşar xəbərlər

Məmməd Arazın xatirəsinə ədəbi-bədii tədbir təşkil edildi

Məmməd Arazın xatirəsinə ədəbi-bədii tədbir təşkil edildi

18:00 13 yanvar 2026
Sürgündə doğulan ulduz - Azərbaycan tamaşaçısının sevdiyi gürcü aktrisa

Sürgündə doğulan ulduz - Azərbaycan tamaşaçısının sevdiyi gürcü aktrisa

17:40 13 yanvar 2026
Çanaqqalada tarixi kəşf: 8731 məzar tapıldı

Çanaqqalada tarixi kəşf: 8731 məzar tapıldı

17:20 13 yanvar 2026
İnsanlar niyə konspiroloji nəzəriyyələrə inanırlar? - Araşdırma

İnsanlar niyə konspiroloji nəzəriyyələrə inanırlar? - Araşdırma

16:00 13 yanvar 2026
Emil Zolya “cəmiyyətin qabarı”na basmışdı... - O, kimləri ittiham edirdi?

Emil Zolya “cəmiyyətin qabarı”na basmışdı... - O, kimləri ittiham edirdi?

15:43 13 yanvar 2026
Oktay Kaynarca: “Alnım açıq, başım dikdir"

Oktay Kaynarca: “Alnım açıq, başım dikdir"

14:56 13 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər