Rusiyada kinoteatrlar bağlanır

Rusiyada kinoteatrlar bağlanır
28 aprel 2022
# 10:00

Rusiyada kinoteatrların yarısı repertuar çatışmazlığı səbəbindən bağlana bilər.

Kulis.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, Kino Sahibləri Assosiasiyası Rusiyada film nümayişi bazarındakı vəziyyətlə bağlı açıqlamasında azalma müşahidə olunduğunu söyləyib.

Açıqlamaya görə, COVID-19 pandemiyası zamanı bazar ödənişləri üzrə 26,6%, ziyarətçilərin sayı isə 33,6% azalıb.

Lakin son aylarda baş verən hadisələr, assosiasiyanın dediyi kimi, "Rusiyanın film prokat sənayesini kəskin şəkildə dəyişdi".

Mart ayında 2019-cu ilin mart ayı ilə müqayisədə bazar azalması müvafiq olaraq 54% və 59% təşkil edib. 2022-ci il aprelin ortalarında ölkədəki kinoteatrların 36,4%-i artıq bağlanıb.

"Yaxın 2 ayda kritik repertuar çatışmazlığı kino gəlirlərinin 80%-dən çox azalmasına və kinozalların ən azı 50%-nin bağlanmasına gətirib çıxaracaq" deyə assosiasiya yekunlaşdırıb. Həmçinin vurğulanıb ki, yüksək keyfiyyətli kinonun yaradılmasının təminatçısı məhz kinoteatrlardır.

# 3198 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər