Rus yazıçı: "Puşkinlə hər şey daha asandır"

Rus yazıçı:  "Puşkinlə hər şey daha asandır"
29 avqust 2025
# 18:01

Məşhur detektiv yazıçı Elena Mixalkova gənclərə rus klassiki Aleksandr Puskinin əsərlərini oxumağı tövsiyə edib.

Kulis.az xəbər verir ki, Qazeta.az-ya açıqlama verən müəllif Puşkin yaradcılığında hər şeyin tapıla biləcəyini deyib:

"Mən Puskin haqqında danışmaq istəyirəm. Bu tövsiyəni çoxları ciddi qəbul etmir, amma Puskinin əsərlərində hər şeyi tapmaq olar, o cümlədən poeziyanın oxucuya nadir hallarda verdiyi təsəllini".

Mixalkova həmçinin "Yevgeni Onegin"dən praktiki fayda da götürdüyünü qeyd edib:

"Bəzən əsərlərimi oxuyuram. Bunun üçün səsimi hazırlamalı, nitq aparatımı "isitməliyəm". Kiçik bir artikulyasiya məşqindən sonra mütləq "Yevgeni Onegin"dən bir neçə bənd oxuyuram. Puşkinin bəndləri nəfəs almağa təsir edir və ucadan oxumağı asanlaşdırır. Puşkinlə, ümumiyyətlə, hər şey daha rahat olur".

Qeyd edək ki, 28 avqustda "AСT" nəşriyyatı Mixalkovanın yeni "Afera" seriyasının ilk kitabını təqdim edib. Roman çoxqatlı süjet xətti ilə seçilir, burada cinayət psixoloji triller elementləri ilə birləşir. Əsərin mərkəzində yaşlı fırıldaqçı Mixail Groys dayanır. Onun əsas vəzifəsi uzun illər əvvəl dostu ilə görüşən əfsanəvi falçını tapmaqdır.

# 1390 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər