Rus Dram Teatrının səhnəsində növbəti premyera oynanılacaq

Rus Dram Teatrının səhnəsində növbəti premyera oynanılacaq
25 may 2024
# 11:30

İyunun 2-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində dünya şöhrətli yazıçı Qabriel Qarsia Markesin “Kresloda əyləşən kişiyə sevgi etirafı” pyesi əsasında hazırlanan tamaşanın premyerası olacaq.

Kulis.az xəbər verir ki, tamaşa Azərbaycanın xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunub. Əsl etiraf adlandırıla biləcək əsər tamaşaçılara ailə münasibətlərinə daha fərqli bucaqdan baxmağa imkan yaradacaq.

“Kresloda əyləşən kişiyə sevgi etirafı” kişi-qadın münasibətlərinin tükənməz fəlsəfəsi üzərində qurulmuş pyesdir. Bu monoloq ötüb keçən gənclik, soyuyan hisslər, xəyanət, inciklik, deyilməmiş sözlər, etiraf edilməmiş fikirlər haqqında etirafdır. Bu, əsər bir ailənin ömür boyu davam edən həyat hekayəsidir.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın xalq artisti Aleksandr Şarovskidir.

Dekorasiya üzrə rəssam Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, kostyum üzrə rəssam Azərbaycanın Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.

Qeyd edək ki, musiqi tərtibatı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverova, xoreoqrafiya Olqa Arsentyevaya, işıq üzrə rəssamlıq Nikolay Rudıçevə məxsusdur.

# 2223 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər