Rübabə Muradova kimdir?

Rübabə Muradova kimdir?
7 mart 2025
# 15:23

Kulis.az Rübabə Muradova haqqında materialı təqdim edir.

Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olub. Yeniyetmə yaşlarında ailəsi ilə birgə Azərbaycana köçüb. Bir müddət Şirvan rayonunda yaşayan Muradova sonradan sənəti ilə əlaqədar paytaxt Bakıya üz tutub. 1951-1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub.

Ifa etdiyi rollar:

Rübabə Muradova "Leyli və Məcnun"da Leyli, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Xanəndə qız, "Şah İsmayıl"da Ərəbzəngi, "Aşıq Qərib"də Şahsənəm, "Gəlin qayası"nda isə Sənəm rollarını ifa edib.

Mükafatları:

29 aprel 1971-də "Azərbaycan SSR xalq artisti" fəxri adı
6 noyabr 1956-da "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
9 iyun 1959-da "Şərəf nişanı" ordeni ilə təltif olunub

Həyatı haqqında bilinən məlumatlar:

Deyilənlərə görə, Rübabə Muradova elə də varlı ailənin qızı olmayıb. Atası Şirvan rayonunda mollalıq edib, üç qızını və ailəsini dolandırırmış. Həmin illərdə Şirvanda teatr olmadığından yeniyetmə Rübabə qonşu rayona - Sabirabada üz tuturmuş. Ələsgər Ələkbərov da onu burada görür və Bakıdakı Filarmoniyaya dəvət edir. Həmin vaxt Rübabənin 20 yaşı hələ tamam olmamışdı. Qısa müddət ərzində filarmoniyada çalışan sənətkar 1954-cü ildən etibarən Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayır. Amma dövlət teatrının solisti ola-ola təhsil almağı da yaddan çıxarmır.

Rübabə Muradova 38 yaşında xalq artisti fəxri adını alır. Səhnə həyatındakı bu qədər uğura rəğmən, Muradovanın şəxsi həyatda bəxti gətirmir.

Dəqiq tarix məlum olmasa da, onun ilk evliliyi çox gənc yaşlarında baş tutur. Rübabə Muradovanın on altı yaşı olanda atası həbs olunur. Zindan rəisi Xəlilağaya yalvarır ki, onun ailəsini İrandan çıxartsın. Xəlilağa gecə ilə onun ailəsini Arazın bu tayına keçirir və özü də bu tayda qalır. Zamanla Rübabəyə aşiq olur. Rübabənin atası ailəsini ölümdən xilas etdiyi üçün qızını ona ərə verir. Lakin onların evliliyi Xəlilağanın qısqanclığı səbəbi ilə bitir.

Rübabə Muradovanın ikinci evliliyi isə Tələt adlı bir tacirlə olur. Amma bu evlilikdə də bəxti gətirmir.

Rübabə Muradova həyatının son 15 ilini qeyri-rəsmi nikahda yaşayır. Rübabənin həqiqətən sevdiyi ilk və tək kişi xəstə olduğu zamanlarda da, ömrünün son anında da onun yanında olur.

Rübabə Muradovanın xiffətini çəkdiyi məsələlərdən biri də anadan olduğu Ərdəbili bir daha heç vaxt görməməsi idi. Ölümündən bir müddət əvvəl sənət dostlarından birinin ona gətirdiyi Cənubi Azərbaycan, Ərdəbil torpağı öldüyü günə qədər onun evində qalırmış. Xəstə yatağında da, ölüm ayağında da Ərdəbili unutmayan sənətkar deyirmiş: "Kaş bircə dəfə gedib Ərdəbili görəydim. Sürünə-sürünə də olsa gedib, oranı görüb, sonra öləydim".

Rübabə xanımın ən az diqqət yetirdiyi şey öz sağlamlığıymış. Hətta iddialara görə, sənətkar toylara gedəndə özüylə termosda içki aparırmış. Günə 2-3 qutu siqaret çəkən sənətkar elə məhz bunun qurbanı olub. Belə ki, ciyər serrozu xəstəliyinə tutulan Muradova 1983-cü ilin avqustun 28-də 50 yaşında dünyasını dəyişib və Yasamal qəbristanlığında dəfn olunub.

Ölmədən əvvəl iki şey vəsiyyət edib. Ərdəbildən torpaq gətirib məzarına səpsinlər və dəfn olunanda Habil Əliyev onun məzarı üstünə ifa etsin. Habil Əliyev isə onun bu vəsiyyətini yerinə yetirmir. Bunun səbəbini ondan soruşanda isə deyir: "Ürəyim gəlmədi, çala bilmədim".

# 3895 dəfə oxunub

Oxşar xəbərlər

"Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur..." - Buddadan hikmətli kəlamlar

"Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur..." - Buddadan hikmətli kəlamlar

18:38 8 aprel 2026
Humay Qədimovanın solo konserti baş tutdu

Humay Qədimovanın solo konserti baş tutdu

17:41 8 aprel 2026
Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin yeni nəşri təqdim edildi

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin yeni nəşri təqdim edildi

16:35 8 aprel 2026
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi

Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi

16:31 8 aprel 2026
Mədəniyyət Nazirliyi "Kulis"i  15 illik yubileyi münasibətilə təbrik etdi

Mədəniyyət Nazirliyi "Kulis"i 15 illik yubileyi münasibətilə təbrik etdi

16:04 8 aprel 2026
Ankarada azərbaycanlı rəssamların sərgisi açıldı

Ankarada azərbaycanlı rəssamların sərgisi açıldı

14:00 8 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər