Rövşən Abdullaoğlu qızıl medal aldı

Rövşən Abdullaoğlu qızıl medal aldı
29 noyabr 2022
# 12:00

Azərbaycanlı yazıçı Rövşən Abdullaoğluna “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub.

Kulis.az xəbər verir ki, həmyerlimiz bu mükafata iki il öncə “The Man on the Rails” (“Relslər üzərinə uzanmış adam”) əsərinə görə layiq görülmüşdü. Lakin koronavirus pandemiyası səbəbindən mükafatlandırma mərasimi təxirə salınmışdı.

Mükafat yazıçıya ABŞ-nın Mayami şəhərində təqdim olunub.

“Readers’ Favorite” kitablara rəy və mükafat verilməsi ilə məşğul olan, fəaliyyəti BBB (Best Business Bureau) tərəfindən yüksək (A+) dəyərləndirilmiş beynəlxalq ədəbi qurumdur. Qurum kitabların təhlili üçün tanınmış dilçi alimlər, məşhur yazıçılarla əməkdaşlıq edir.

R.Abdullaoğlu adıçəkilən nüfuzlu beynəlxalq mükafata layiq görülməsi ilə bağlı bunları deyib: “Həmişə kitabların nəhəng təsirindən, mənəvi qüdrətindən danışıram. Bu dəfə isə bir kitab sayəsində okeanın o tayında, çoxmillətli geniş auditoriya qarşısında ölkəmizi təmsil etmək, bayrağımızı açmaq nəsib oldu. Çox qürurvericidir. Bu mükafatı tək özüm yox, sevincimi bölüşən, daim ən fərqli şəkillərdə öz dəstəyini ifadə edən əziz həmvətənlərim adına qəbul etdim”.

Ənənəvi məşhur Mayami Beynəlxalq Kitab sərgisi ilə eyni vaxta keçirildiyi üçün sərgiyə qatılan nəşriyyat təmsilçiləri də mərasimdə iştirak etmək fürsəti qazanıblar. Təşkilatçılar açılışı etdikdən sonra yazıçıların, kitab sektorunda fəaliyyət göstərən şəxslərin çıxışlarına yer verilib.

# 4222 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər