Robert Bleyk vəfat etdi

Robert Bleyk vəfat etdi
10 mart 2023
# 13:20

"İtirilmiş şosse" filminin aktyoru Robert Bleyk 89 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Sənətçinin ölümünə ürək xəstəliyi səbəb olub.

Robert Bleyk 18 sentyabr 1933-cü ildə Nyu Cersi ştatının Nutley şəhərində anadan olub. O, Trumen Kapotun romanı əsasında çəkilmiş "Soyuq qanda" dramında baş rolu oynadıqdan sonra şöhrət qazanıb. Bleyk Emmi mükafatı alan "Barrett" televiziya serialında da rol alıb. Aktyorun son işi 1997-ci ildə Devid Linçin rejissorluğu ilə çəkilmiş “İtirilmiş magistral” trillerindəki "Sirli Adam" rolu olub.

Bleykin yaradıcılıq karyerası bir iddia səbəbindən məhv edilib. 2001-ci ildə o, həyat yoldaşı Li Baklini öldürməkdə ittiham olunub. Dörd il sonra sənətçi bəraət qazansa da, mülki məhkəmədə xanımının ölümündə günahkar bilinib və övladlarına 30 milyon dollar ödəməli olub. O, 2006-cı ildə müflis olduğuni elan edib və bir daha filmlərdə çəkilməyib.

Robert Blake, left, and Scott Wilson in “In Cold Blood” in 1967.

Robert Blake, embattled actor of 'Lost Highway' fame, dead at 89 | CNN

# 2550 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər