Riki Martin bu ölkədəki konsertini ləğv etdi

Riki Martin, müğənni

Riki Martin, müğənni

15 iyul 2026
# 13:41

Puerto Rikalı dünyaşöhrətli müğənni Riki Martin Gürcüstanda baş tutacaq konsertini çıxışına bir gün qalmış ləğv edib.

Kulis.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Müğənni şounu təşkilatçılara məlum olmayan səbəbdən təxirə salıb.

Qeyd edək ki, konsert sabah — iyulun 16-da Tbilisinin yaxınlığındakı Rustavi şəhərinin avtodrom meydançasında keçirilməli idi. Təşkilatçılar qəfil qərarın detallarından xəbərsiz olduqlarını bildiriblər.

Monteneqrodakı dəhşətli insident: Qaz hücumu və izdiham

Xatırladaq ki, sənətçinin konsertlərində son vaxtlar xoşagəlməz hadisələr yaşanır. May ayında "SHOT" Telegram kanalı Riki Martinin Monteneqroda baş tutan konsertində gözyaşardıcı qazın püskürdülməsi nəticəsində onlarla tamaşaçının zərər çəkdiyi barədə məlumat yaymışdı.

Hadisə mayın 21-də Podqoritsa şəhərindəki çıxış zamanı baş vermişdi. Naməlum şəxs qəfildən səhnənin yaxınlığında qaz püskürdüb. Nəticədə, tamaşaçıların nəfəs alması çətinləşib, gözlərində kəskin ağrı, yanğı və yaşarma yaranıb, qıcıqlandırıcı öskürək başlayıb.

Təşvişə düşən pərəstişkarlar səhnədən uzaqlaşmağa çalışarkən zalda dəhşətli izdiham yaranıb, insanlar ayaq üstə dura bilməyiblər. Məkanın çıxışında zərərçəkənləri təcili tibbi yardım maşınları gözləyib, konsertə gələn bəzi tamaşaçılar isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

# 645 dəfə oxunub

Oxşar xəbərlər

"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi  Üzeyir Hacıbəyliyə  yazdığı ərizədə nəyi rica edirdi?

"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi Üzeyir Hacıbəyliyə yazdığı ərizədə nəyi rica edirdi?

10:30 18 oktyabr 2026
18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

10:00 18 oktyabr 2026
Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

13:30 17 oktyabr 2026
Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

13:00 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər