Respublika Uşaq Kitabxanasında gənc müəllimlərlə görüş keçirildi

Respublika Uşaq Kitabxanasında gənc müəllimlərlə görüş keçirildi
31 yanvar 2024
# 15:30

Respublika Uşaq Kitabxanasında “Azərbaycan maarifçilik ənənələri
gənc müəllimlərin missiyası kimi” mövzusunda gənc müəllimlərlə görüş keçirilib.

30 yanvar tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında təşkil olunan
“Azərbaycan maarifçilik ənənələri gənc müəllimlərin missiyası kimi” mövzusunda
keçirilən görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə
Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Qazax Müəllimlər Seminariyası İdarə
Heyətinin üzvü, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd,
ADA Universitetinin prorektoru Vəfa Kazdal, Azərbaycan Gənc Müəllimlər
Assosiasiyasının (AGMA) sabiq sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın
üzvü Rüfət Əsədzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə
rəhbərləri və gənc müəllimlər iştirak ediblər.

İştirakçılar əvvəlcə F.B.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə tanış olmaqla,
böyük mütəffəkirin pedaqoji fikir tarixindəki yeri, maarifçilik fəlsəfəsinə həsr olunmuş
videoçarxı izləyiblər. Görüş iştirakçılarını salamlayan F.B.Köçərli adına Respublika
Uşaq Kitabxanasının direktoru Əməkdar Mədəniyyət İşçisi Ş.Qəmbərova gənc
müəllimlərlə görüşün böyük pedaqoq və maarifçinin adını daşıyan kitabxanada
keçirilməsinin rəmzi məna daşıdığını bildirib, F.B.Köçərlinin gənc nəslin təlim-tərbiyəsi
və inkişafındakı xidmətləri barədə məlumat verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban
Vəliyeva böyük müəllim, pedaqoq, maarifçi, ədəbiyyatşünas F.B.Köçərlinin təəsübkeş
Vətən ziyalısı kimi Azərbaycan məktəbi və pedaqoji fikir tarixindəki yerindən danışıb.
Bildirib ki, F.B.Köçərlinin elmi-pedaqoji və maarifçilik fəaliyyətində ana dilinin qorunub
saxlanılması, təlimin ana dilində aparılması ideyasının inkişafı yolunda çalışaraq
qoyduğu zəngin irs bu gün təhsil müəssisələrində uğurla davam etdirilir. M.Vəliyeva
böyük pedaqoqun təhsil, maarifçilik, ziyalı nəsillərin yetişdirilməsi ilə əsasını qoyduğu
dəyərlərin bu gün Azərbaycan müəllimi tərəfindən layiqincə qorunduğunu söyləyib.
Gənc müəllimləri mütəşəkkil olaraq maarifçilik işinə töhfə verməyə səsləyən M.Vəliyeva
cəmiyyətdə müəllim adının və nüfuzunun qorunub saxlanması estafetinin onların əlində
olduğunu söyləyib. Ümidvar olduğunu bildirib ki, Azərbaycanın gənc müəllimləri
F.B.Köçərli və digər işıqlı maarifçilərin amallarını müasir dövrdə layiqli səviyyədə
gerçəkləşdirəcək, bu müqəddəs missiyanı uğurla davam etdirə biləcəklər.

Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü, ADA Universitetinin ABŞ-dakı
Mərkəzinin prezidenti Q.Məmməd ADA Universitetinin ölkəmizdə yüksək ixtisaslı
müəllimlər yetişdirmək səylərinə dəstək məqsədilə F.B.Köçərlinin əsasını qoyduğu Qazax Müəllimlər Seminariyasının tarixi binası və missiyasını bərpa etdiyini söyləyib.

Müəllimlik missiyasının fəlsəfəsindən bəhs edən Q.Məmməd Universitetin “Bir müəllimin
manifesti” layihəsi çərçivəsində regionlardakı qabaqcıl müəllimlərin seçilərək
ixtisasartırma üçün ADA-da, həmçinin ADA Universitetinin Vaşinqton Mərkəzində
beynəlxalq təhsil təcrübəsi ilə tanış olmaq imkanı qazandıqlarını bildirib. Beynəlxalq
miqyasda Azərbaycanı təmsil etmək və millətin səsi olmaq vəzifəsinin gənclərin üzərinə
düşdüyünü söyləyən Q.Məmməd bu missiyada məktəbin, müəllimin əhəmiyyətli
rolundan söz açıb.

ADA Universitetinin prorektoru V.Kazdal, AGMA-nın sabiq sədri, Elm və Təhsil Nazirliyi
yanında İctimai Şuranın üzvü R.Əsədzadə, Şəmkir rayonu Seyfəli kənd tam orta
məktəbinin informatika müəllimi, AGMA-nın üzvü Rəna Heydərzadə yenilikçi müəllimləri
dəyər kimi təqdim etmək, nümunəvi təcrübələri yaymaq, peşəkar müəllimlər
yetişdirmək, vətəndaşlıq və sosial məsuliyyət hissini daha dərindən aşılamaq işində
birgə səyləri müsbət dəyərləndirblər.

Vətən Müharibəsi qazisi, 87 nömrəli tam orta məktəbin müəllimi İsrafil Hüseynov
Qarabağda qazanılan Zəfərdə imzası olan gənc müəllim kimi qürur duyduğunu,
vətənpərlik dərsini bundan sonra daha böyük əzmlə sinif otaqlarında davam etdirəcəyini
söyləyib.

Daha sonra Azərbaycan təhsilinin milli dəyərlərə əsaslanan yeni məzmunu, təhsil
müəssisələrində XXI əsr bacarıqlarını aşılayan yenilikçi ideyaların tətbiqi və digər
məsələlər ətrafında müzakirələr aparılıb, gənc müəllimləri maraqlandıran aktual
mövzulara aydınlıq gətirilib.

Sonda 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvünün ifası təqdim olunub.

# 426 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor döyülüb xəstəxanalıq oldu

Məşhur aktyor döyülüb xəstəxanalıq oldu

18:00 13 may 2024
Nəsibə Zeynalovanın nadir fotoları - İlk dəfə

Nəsibə Zeynalovanın nadir fotoları - İlk dəfə

17:23 13 may 2024
Demoqrafiya - Bayram Soylunun hekayəsi

Demoqrafiya - Bayram Soylunun hekayəsi

17:00 13 may 2024
Tara həsr olunmuş ömür - Ariz Abduləliyev

Tara həsr olunmuş ömür - Ariz Abduləliyev

15:30 13 may 2024
Fadeyev:  “Mən bir Stalindən, bir də anamdan qorxuram”

Fadeyev: “Mən bir Stalindən, bir də anamdan qorxuram”

15:00 13 may 2024
“Qarabağın incisi Şuşa”  kitabı Bosniya və Herseqovinada nəşr olundu

“Qarabağın incisi Şuşa” kitabı Bosniya və Herseqovinada nəşr olundu

14:30 13 may 2024
#
#
# # #