Rəşid Behbudovdan yadigar qalan bahalı brilyantlar oğurlandı

Rəşid Behbudovdan yadigar qalan bahalı brilyantlar oğurlandı
15 iyul 2023
# 13:40

Space TV-nin keçmiş rəhbəri, dahi musiqiçi Rəşid Behbudovun kürəkəni Kamil Şahverdinin evindən oğurluq olub.

Kulis.az xəbər verir ki, Kamil Şahverdinin Səbail rayon Neftçilər prospektində yerləşən evində xadimə işləmiş 1981-ci il təvəllüdlü İrina Vatolinaya oğurluq əməlinə görə cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq-külli miqdarda zərər vurmaqla) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məlum olub ki, İ.Vatolina evdən ümumilikdə 53 min 814 AZN-lik oğurluq edib. O, evdən işlədiyi müddətdə gizli olaraq hissə-hissə olmaqla çoxsaylı qızıl-zinət əşyalarını, bahalı bəzək əşyalarını, medalyonları və s. oğurlayıb.

Oğurlanan əşyalar arasında dəyəri 5000 manat dəyərində olan brilyant qaşlarla bəzədilmiş qızıl üzük və sırğa dəsti, 3000 manat dəyərində firuzə qaşlarla bəzədilmiş 1 qızıl üzük və sırğa dəsti, 3000 manat dəyərində, ortasında amitis qaş, ətrafı brilyant qaşlarla bəzədilmiş 1 qızıl üzük və sırğa dəsti, 3000 manat dəyərində olan, 2 karat brilyant qaşlarla bəzədilmiş qızıl üzük, 4000 manat dəyərində 3 karat brilyantla bəzədilmiş qızıl sırğa və üzük dəsti, ümumi dəyəri 5000 manat olan, brilyant qaşlarla bəzədilmiş 4 ədəd üzük, ümumi dəyəri 4000 manat olan 3 ədəd müxtəlif ölçülərdə qızıl qolbaq, ümumi dəyəri 3000 manat olan 3 ədəd qızıl saat, 7000 manat dəyərində olan, ağ qaşlarla bəzədilmiş, üzük, sırğa, bilərzik və boyunbağıdan ibarət 1 ağ qızıl platin dəst və s. də olub.

K.Şahverdi ifadəsində oğurlanan əşyaların əksəriyyətinin SSRİ Xalq artisti Rəşid Behbudovdan qızı, yəni onun həyat yoldaşı Rəşidə Behbudovaya yadigar qaldığını və bu əşyaların onlar üçün böyük mənəvi dəyərə malik olduğunu deyib.

O, həmçinin qeyd edib ki, İrina onlara məxsus evdə daha əvvəl xadimə işləyib və pandemiya vaxtı işdən çıxıb. Lakin sonradan Rəşidə xanıma dəfələrlə zəng edərək yenidən işə qayıtmaq istədiyini deyib və onu işə götürüblər. O, İrinanın evdə olarkən tez-tez iti gəzdirmək üçün çıxıb getdiyini, daha sonra ondan şübhələndiklərini və evdə saxladıqları çoxsaylı qızıl-zinət əşyalarının oğurlanmasını üzə çıxardıqlarını bildirib.

İrina Vatolina barəsində başlanılmış cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmədə təqsirləndirilən şəxs oğurluq əməlini inkar edib. O, evdən yalnız bijuteriya əşyalarını və istifadəyə yararsız bir neçə elektronika əşyasını götürdüyünü və daha sonra qaytardığını deyib. Kamil Şahverdi isə Rəşid Behbudovdan qalan və onlar üçün böyük əhəmiyyəti olan əşyaların qaytarılması təqdirdə İrinadan şikayətlərini geri çəkə biləcəklərini deyib.

İyulun 11-də məhkəmə prosesi başa çatıb. İrina Vatolina Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq müddətində polisin nəzarəti altında olan 42 yaşlı qadın məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, Kamil Şahverdi uzun illər Space TV-nin icracı direktoru, daha sonra isə baş direktoru olub. Həmçinin o, Rəşid Behbudov Fondunun direktorudur. Rəşidə Behbudova isə xeyli vaxtdır yataq xəstəsidir və ev şəraitində müalicə olunur.

Qafqazinfo

# 3858 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər