Rəşad Dağlının qardaşı: "İsgəndər dedi ki, sonra gec olacaq"

Rəşad Dağlının qardaşı:  "İsgəndər dedi ki, sonra gec olacaq"
19 may 2023
# 16:48

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəşad Dağlının qardaşı Ağamalı Əmirov dindirilib.

Şahid bildirib ki, Rəşadın media ilə bağlı və digər işlərini görür: "Hadisə günü gecə saat 4 radələrində Rəşad zəng elədi qapının ağzına çıx. Qapıya çıxanda dedi ki, evdə gödəkcəm var, onu gətir. Əynində gödəkcəsi suyun içində idi. Qalxıb gödəkcəni gətirəndə gördüm Rəşad yoxdur. Zəng elədim, açmadı, narahat oldum. Çünki, Rəşad nə olur olsun, mənim telefonumu götürür. Avtomobilimə minib Yasamalda Rəşadı axtarmağa başladım. Bir neçə saat sonra Rəşad telefonla zəng elədi. Görüşdük, dedi məni polisə təslim elə. Səbəbini soruşdum, dedi İsgəndəri öldürmüşəm. Səbəbini soruşdum, danışmadı, hiss elədim ki, şokdadır. Bir onu dedi ki, gözümü açanda İsgəndər qanın içindəydi. Başqa heç nə danışmadı, mən də soruşmadım, polisə getdik".

Şahid qeyd edib ki, zərərçəkəni tanımır: "Adını eşitmişəm. Bir də hadisədən bir müddət qabaq İsgəndər mənə zəng edib. Özünü İsgəndər kimi təqdim etdi və meyxanaçı Ələkbər Yasamallının qohumu olduğunu dedi. O, telefonda Rəşadla görüşmək istədiyini, vacib söhbətinin olduğunu bildirdi. Mən əvvəl ciddiyə almadım. Bir gün keçəndən sonra yenidən zəng elədi. Dedim gəl, səninlə mən görüşüm. Düşündüm, pula ehtiyacı var. Dedi mütləq Rəşadla danışmalıyam, sonra gec olacaq. Mən İsgəndərin dediklərini Rəşada dedim. Rəşad mənə “boş ver” dedi. Noyabrın 2-də yenidən İsgəndər mənə zəng elədi, götürmədim. Sonra mesaj yazdı, mən də bloka atdım".

Şahid daha sonra hakim və vəkillərin suallarını cavab verib. O qeyd edib k, qardaşı mülayim adam olub, heç zaman bıçaq gəzdirməyib.

Prosesdə daha sonra şahid Yaşar Abdullayev ifadə verib. Şahid qeyd edib ki, aksessuarlar satan obyekti var:

"Rəşad müştərimiz olub. Hadisə günü dükanda gəlib. Həmin vaxt satıcıdan aksessuar kimi bıçaq alıb. Hadisə olandan sonra Rəşadın axşam mağazaya gəldiyini və bıçaq aldığını eşitmişəm".

Prosesdə şahid qismində Azər Quliyev dindirilib. Şahid mərhum İsgəndər Mehdiyevin qohumu olduğunu deyib:

"İsgəndəri hadisədən bir müddət əvvəl məclisdə gördüm. Məndən konturum olub-olmadığını soruşdu, dedim var. Bir nömrəyə zəng elədi, götürən olmadı. Mən kimə zəng elədiyini soruşanda dedi ki, Rəşad Dağlıya zəng edir. Sonra dedi ki, Rəşada mesaj yaz ki, zəng edən İsgəndərdir. Mesajı yazandan bir dəqiqə sonra Rəşad zəng elədi. İsgəndər danışanda dedi ki, görüşməliyik, telefon söhbəti deyil. Sonra sağollaşdılar. İsgəndər söhbətin nə olduğunu mənə demədi, mən də heç soruşmadım".

Şahid vəkilin sualına cavab olaraq bildirib ki, İsgəndərin bıçaq kolleksiyası olub: "Çöldə və yaxud üstündə bıçaq gəzdirməyə bilmirəm. Amma evində müxtəlif növ bıçaqları vardı".

İş üzrə iki nəfər şahid kimi dindirilməyə çağırılsa da, prosesdə iştirak etməyib.

Hakim qeyd edib ki, şahidlərdən Xankişi Cəfərquliyev hərbi xidmətdədir. Rəşad Dağlının vəkili həmin şahidin də məhkəməyə gəlib dindirilməsini tələb edib.

Növbəti proses iyunun 9-na təyin edilib.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.

# 9452 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Fəhminin yaradıcılıq gecəsi: “Məni axtar darıxanda”

İlqar Fəhminin yaradıcılıq gecəsi: “Məni axtar darıxanda”

17:32 6 iyul 2026
"Mən, Ennio Marrikone, öldüm, dostlarıma xəbər verirəm..." - Sükuta çəkilən maestro

"Mən, Ennio Marrikone, öldüm, dostlarıma xəbər verirəm..." - Sükuta çəkilən maestro

16:00 6 iyul 2026
Diddinin həbs müddəti yenidən azaldıldı - Azadlığa çıxacağı tarix məlum oldu

Diddinin həbs müddəti yenidən azaldıldı - Azadlığa çıxacağı tarix məlum oldu

15:33 6 iyul 2026
Ana olmaq həsrəti və rənglərin etirafı - Ən məşhur avtoportretlərin arxasındakı faciə

Ana olmaq həsrəti və rənglərin etirafı - Ən məşhur avtoportretlərin arxasındakı faciə

15:15 6 iyul 2026
Birgə Bəyannamə: "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar"

Birgə Bəyannamə: "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar"

14:06 6 iyul 2026
"O hamının sevdiyi, ancaq heç kimin ciddi qəbul etmədiyi it kimidi” - Ulyam Folkner kimdir?

"O hamının sevdiyi, ancaq heç kimin ciddi qəbul etmədiyi it kimidi” - Ulyam Folkner kimdir?

12:30 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər