Reanimasiyaya yerləşdirilən Murat Cemcirdən açıqlama

Reanimasiyaya yerləşdirilən Murat Cemcirdən açıqlama
21 iyul 2026
# 18:00

Məşhur aktyor Murat Cemcir çətin müalicə prosesindən sonra səhhəti ilə bağlı açıqlama verib.

Kulis.az xəbər verir ki, reanimasiya günlərindən danışarkən "Ölümdən döndüm" ifadəsi ilə diqqət çəkib.

"Düğün Dernek", "Kardeş Payı" və "Çalgı Çengi" kimi layihələrdə yer alan aktyor ötən günlərdə evində qəfildən halı pisləşərək xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsinə alınıb.

Daxili qanaxma keçirdiyi məlum olan sənətçi dərhal reanimasiyaya yerləşdirilib. Üç gün davam edən reanimasiya prosesindən sonra evə buraxılan Murat Cemcir yaşadığı çətin günlər barədə məlumat verib.

"Üç gecə reanimasiyada qaldıqdan sonra... 72 saat gözləmək... Ömrümün keçmək bilməyən ən uzun saatları idi", - deyən Cemcir xəstəxana işçilərinə və ona dua edən hər kəsə təşəkkür edib. Aktyor "Tibb əlbəttə ki, əlindən gələni etdi və edəcək də... Əməliyyat proseslərimi dəyərləndirəndə anladıq ki, Allah qoruyub", - deyə bildirib.

# 908 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər