Rasim Balayev: "Telekanallarımız çox səviyyəsiz şeylər göstərir" - Müsahibə

Rasim Balayev:  "Telekanallarımız çox səviyyəsiz şeylər göstərir" - Müsahibə
28 may 2023
# 14:53

Xalq artisti Rasim Balayev yutubda yayımlanan "Mirinin dibçəyi" verilişində qonaq olub.

Kulis.az xəbər verir ki, proqramda film və serialları tənqid edən Xalq artisti hazırda maraqlı layihələrin olmadığını deyib. O, telekanalların hazırki durumunu tənqid edib və sosial verilişləri də bəyənmədiyini bildirib:

"Televiziya düşüb boş-boş şouların arxasınca: filankəsin donu, uşağı belə getdi. Ağlı başında olan baxmır buna. Televiziya insanların zövqünü korlayıb. Qeybət, səviyyəsiz söhbətlər... Elə şeylər var ki, onu efirə çıxartmaq olmaz. Məhkəməlik hadisələr efirə çıxır. Bir haramzadə oğlan anasın evindən qovub, efirdə verilir. Cavan biri baxır, fikirləşir ki, ananı qovmaq olar. Pozur adamları. Arvadının sözünə inanıb, anasını evdən qovub. Bütün bunları efirdə göstərməklə nə edirsiniz? O qədər biabırçı hadisələr çıxarırlar ki, tamaşaçının zövqü korlanıb. Ciddi, ağıllı söhbətə qulaq asmırlar. İstədiklərinə nail olublar, zövqlər korlanıb".

Sənətçi qeyd edib ki, yaxşı aktyorlar olsa da, onların sənətlərini göstərməsi üçün meydan yoxdur: "Uğursuzluq aktyorlardan asılı olan durum deyil. Bəzən təklif gəlir, deyirlər, 40 seriyadır. Deyirəm, ssenarini göndərin baxım. Bir seriya gəlir. Soruşuram ki, bəs 39 bölüm hanı? Deyirlər, yazılacaq... Belə olmaz, mən bilməliyəm kimi oynayıram. Tamaşaçı da şikayət edir. Tamaşaçı filmdən, yazılan hekayədən ibrət götürməlidir".

Sözügedən proqramı təqdim edirik.


# 3393 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər