“Qurani-Kərim” dərsliyi nəşr olundu

“Qurani-Kərim”  dərsliyi nəşr olundu
17 yanvar 2025
# 11:17

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elm və innovasiyalar üzrə prorektoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlovun “Qurani-Kərim” dərsliyi nəşr olunub.

Kulis.az xəbər verir ki, “Qurani-Kərim əlifbası” adlanan birinci fəsildə Qurani-Kərimin tarixi haqqında geniş məlumat verilir, hərflərin adları, məxrəcləri, xüsusiyyətləri, onların əvvəldə, ortada və sonda yazılışı barədə ətraflı bəhs olunur.

Bundan sonra məd hərfləri, məd hərfi – “əlif”i əvəzləyən “vav” və “yə” hərfləri, yazıda görünməyən məd hərfləri, sözlərin sonunda yazılan “hə” hərfinin oxunuş qaydası, “əlif-lam” birləşməsinin oxunuşu, “Allah” sözünün, həmçinin müqəttəə hərflərinin oxunuş qaydaları kimi mövzular təfsilatlı şəkildə öz əksini tapır.

“Qurani-Kərim təcvidi” adlanan ikinci fəsildə təcvid elminin tərifi, məqsədi, hökmü haqqında məlumat verilir, həmçinin Quran oxuyarkən ortaya çıxacaq xətalar və bu xətaların ibadətə təsiri barədə danışılır. Bundan sonra ənənəyə uyğun olaraq, məd, idğam bəhsi, hərfi-tərif, sakin “nun” və tənvinə, eləcə də sakin “mim” və “ra” hərflərinə aid hökmlər, səktə, vəsl və vəqf, işmam, imalə, təshil kimi təcvid qaydaları nəzəri surətdə izah olunur, Qurani-Kərimdən götürülmüş nümunələrlə təsvir edilir.

Dərslikdə təcrübəyə əsaslanaraq, bəzi qaydalar daha aydın başa düşülməsi və asan qavranılması üçün cədvəllər üzrə sıralanır.

“Qurani-Kərim qiraəti – 1” və “Qurani-Kərim qiraəti – 2” adlı fəsillərdə isə birinci və ikinci fəsillərdə öyrədilən nəzəri metodlar Qurani-Kərimin müəyyən surələri üzərində praktik olaraq tətbiq edilir.

Kitabın hazırlanmasında Azərbaycan, ərəb və türk dillərində mövcud olan mənbələrdən istifadə edilib.

# 2652 dəfə oxunub

Oxşar xəbərlər

30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

30 qadının iddiasından sonra onun filmi də dəyişdirildi

14:54 13 noyabr 2026
Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

14:27 13 noyabr 2026
Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

14:13 13 noyabr 2026
Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

14:00 13 noyabr 2026
Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

13:32 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər