“Qəlbimdəki şair” adlı tədbir keçirildi

“Qəlbimdəki şair” adlı tədbir keçirildi
20 sentyabr 2024
# 12:53

Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə “Qəlbimdəki şair” (Der poet in mir) adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, Prezident İlham Əliyevin "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən, təşkil olunan tədbirdə Azərbaycan Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və Almaniyalı şərqşünas alim Dr. Mixael Raynhard Hess çıxış edərək Füzulinin yaradıcılığının Azərbaycan xalqının dünya mədəni xəzinəsinə dəyərli töhfəsi, "Leyli və Məcnun" əsərinin ölkə ədəbiyyatının incisi olmaqla yanaşı, bütün müsəlman dünyasının ədəbi mühitində mühüm yer tutması, Məhəmməd Füzulinin qələmə aldığı əsərlərin təkcə Azərbaycan ədəbi-bədii fikrinin inkişafına deyil, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərdiyini vurğulayıblar.

Rəsmi çıxışlardan sonra Almaniyada yaşayan və fəaliyyət göstərən tanınmış musiqiçi Tural İsmayılovun rəhbəri olduğu “Anima Şirvani” ansamblı Azərbaycan muğamı və xalq mahnılarını klassik alman və ingilis barokko musiqisi ilə vəhdət şəklində təqdim edib, həmçinin görkəmli şairin şeirləri Naibə Tural və Aydın Həbibov tərəfindən səsləndirilib.

Tədbir çərçivəsində Füzulinin 530 illik yubileyi münasibətilə Almaniyada poçt markasının buraxıldığı qeyd olunub.

# 2506 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər