Qazaxıstanda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbir keçirildi

Qazaxıstanda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbir keçirildi
8 may 2023
# 13:40

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana işgüzar səfəri çərçivəsində “TÜRKSOY-un 30-cu ildönümü: Nəticələr və perspektivlər” mövzusunda Qazaxıstan Respublikasının Birinci Prezidentinin Kitabxanasında keçirilən tədbirdə iştirak edib.

Kulis.az xəbər verir ki, tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qazaxıstan Respublikasının Birinci Prezidenti Kitabxanasının direktoru Bakıtjan Temirbolat, Qazaxıstanın Mədəniyyət və Idman nazirinin müavini Nurqisa Daueşov, Qazaxıstanın Xarici Işlər nazirinin müavini Kanat Tumış, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu, “Otandastar” Fondunun prezidenti Abzal Saparbekulı və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Günay Əfəndiyeva, TÜRKSOY-un türk dövlətlərinin müstəqillikləri qazandıqdan sonra bir-biri ilə əlaqələrinin gücləndirilməsi məqsədilə qurulmuş ilk təşkilat olmasından söz açıb. Günay Əfəndiyeva TÜRKSOY-u 30 illiyi münasibətilə təbrik edərək, bu müddət ərzində təşkilatın həyata keçirdiyi böyük sayda tədbirlərin ümumtürk mədəniyyətinin dünya səviyyəsində tanıdılmasında önəmli rol oynadığını bildirib. O, Beynəlxalq Türk Mədəniyyət və İrs Fondunun TÜRKSOY-la qarşılıqlı fəaliyyətlərindən bəhs edərək, bu iki beynəlxaq türk təşkilatının hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.

O, TÜRKSOY tərəfindən aparılan digər işlərlə yanaşı, təşkilatın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsinin müstəsna əhəmiyyətinə diqqəti çəkib. 2023-cü il üzrə Şuşa şəhərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıması ilə bağlı Fond tərəfindən böyük “Şuşa Günləri” layihəsinin başladılmasını və artıq müxtəlif şəhərlərdə təşkil olunmasını xatırladıb. Fondun prezidenti işğaldan azad edilməsi ilə bütün Türk Dünyasında qürurun rəmzinə çevrilmiş Şuşanın tarixi-mədəni irsinin rəhbərlik etdiyi təşkilat tərəfindən Bursada və Daşkənddə silsilə tədbirlərlə tanıdıldığını qeyd edib.

Günay Əfəndiyeva “Şuşa günləri”nin Türk Dünyasının şəhərlərində təntənəli şəkildə keçirilməsini Fond ilə TÜRKSOY arasındakı əməkdaşlığın ən gözəl nümunələrindən biri kimi qiymətləndirib.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya və türk dövlətlərinin bir sıra dövlət, mədəniyyət xadimlərinə TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən “TÜRKSOY-un 30-cu ildönümü” yubiley medalı təqdim olunub.

# 2416 dəfə oxunub

Oxşar xəbərlər

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər