"Qaraca qız" tamaşasının premyerası olacaq

"Qaraca qız"  tamaşasının premyerası olacaq
22 may 2024
# 11:30

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan ədəbiyyatının parlaq klassikləri hesab olunab Süleyman Sani Axundovun və Abdulla Şaiqin "Qaraca qız" əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın premyerası olacaq.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə yeni yaradıcılıq işinin ilk nümayişi 2 iyun, saat 12:00-da baş tutacaq.

Sənhə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssam Nisə Hətəmova, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada Əməkdar artistlər Qəmər Məmmədova, Elnur Hüseynov, Mehriban Abdullayeva, Gülər Nəbiyeva, aktyorlar Rəşad Səfərov, Ramiq Nəsirov, Xalidə Əliməmmədova, Zemfira Əbdülsəmədova, İradə Rəşidova, Ədalət Əbdülsəməd, Elgün Yəhyayev, Asya Atakişiyeva, Nəzrin Zeynalova, Anar Seyfullayev, Ramil Məmmədov, Könül Əbilova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Hilal Dəmirov, Mətləb Abuşov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Yusif Dadaşov, Xaliq Bəkirov iştirak edirlər.

Səhnə əsərində cəmiyyətdəki təbəqələşmənin, varlı, kasıb ayrıseçkiliyinin insanlara vurduğu zərbədən, onların həyatında yaratdığı faciələrdən bəhs edir. Valideynlərini itirən Tutu adlı qız qaraçılar tərəfindən qaçırılır, ancaq hadisələrin cərəyanı nəticəsində o, qaraçı dəstəsindən ayrı düşür. Sonradan bir təsadüf Tutunu varlı Hüseynqulu ağa ilə rastlaşdırır. Hüseynqulu ağa onu meşədən öz evinə gətirir. Hər kəs onu Qaraca qız deyə çağırmağa başlayır. Qaraca qız Hüseynqulu ağanın qızı Ağca ilə tanış olur. Qızların həyat şəraiti fərqli olsa da, onlar bir-birinə mehribanlıq göstərir, dostluq edirlər. Ancaq Ağcanın anası Pəricahan xanım Qaraca qızı sevmir, onları bir-birindən ayırır. Qaraca qız bağban Piri babanın yanında yaşayır. Lakin günlərin birində Qaraca qız dostu Ağcanı ölümdən xilas etmək üçün öz həyatını qurban verməkdən çəkinmir.

# 2249 dəfə oxunub

Oxşar xəbərlər

Marina Abramoviçin  80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

Marina Abramoviçin 80 illiyinə həsr olunan böyük sərgi Romada açıldı

18:39 18 noyabr 2026
ADU-da  “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə”  adlı tədbir keçirildi

ADU-da “Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə” adlı tədbir keçirildi

17:42 18 noyabr 2026
Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

Kembric Lüğəti 2026-cı ilin sözünü seçdi - "Human" nə deməkdir?

17:19 18 noyabr 2026
Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

Parfenonun itmiş heykəltəraşlıq kompozisiyası yenidən quruldu

16:46 18 noyabr 2026
Harvard  150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın  qalıqlarını qaytardı

Harvard 150 ildən sonra Braziliyaya iki kölə edilmiş insanın qalıqlarını qaytardı

16:17 18 noyabr 2026
Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

15:44 18 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər