"Qanun" nəşriyyatı nağıl müsabiqəsi elan edir

"Qanun" nəşriyyatı nağıl müsabiqəsi elan edir
5 aprel 2024
# 14:00

"Qanun" nəşriyyatı nağıl müsabiqəsi elan edir.

Kulis.az xəbər verir ki, müsabiqəyə Azərbaycan dilində, bu vaxta qədər heç yerdə çap olunmayan və 7 min işarədən (arasız) artıq olmamaq şərti ilə nağıllar qəbul edilir.

Mövzu ilə bağlı tələblər:

Nağılların məzmunu uşaqları maraqlandıran məsələlərə, onların dünya görüşünə, tərbiyəsinə, həyat-tərzinə, keçdikləri dərslərinin mövzularına uyğun gəlməli, onlarda yaxşı və pis vərdişlər arasında seçim etmək imkanı yaratmalı, cəsurluq, elmə maraq, dostlluq münasibətləri, vətənpərvərlik, məntiqlə davranmaq kimi hisslər aşılamalıdır. Mətnlər mütləq nağıl janrına uyğun gəlməli, xalq yaradıcılığında olduğu kimi özündə sərbəst fantaziyanı əks etdirməlidir.

Müsabiqədə qalib gələn nağıllar aşağıdakı şəkildə mükafatlandırılacaq:
Birinci yer 300 manat + 200 manatlıq kitab kuponu;
İkinci yer 200 manat + 100 manatlıq kitab kuponu;
Üçüncü yer 100 manat + 50 manatlıq kitab kuponu.
Hərəsi 50 manatlıq kitab kuponu olmaqla 5 həvəsləndirici mükafat.

Müsabiqəyə mətnlər 15 aprel 2024-cü ildən 15 iyul 2024-cü ilə qədər qəbul edilir.
Mətnlər Times New Roman 12 şrifti ilə yazılıb nəşriyyatın aşağıdakı elektron ünvanına göndərilməlidir: [email protected]
Nəşriyyatla əlaqə: 012 431 16 62
055 444 04 40 (layihə əlaqələndiricisi)

# 5967 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər