Qadınları təhqir edən psixoloqlar

Qadınları təhqir edən psixoloqlar
26 oktyabr 2023
# 15:05

Kulis.az Ülvi Bahadırın "Qadınları təhqir edən psixoloqlar" adlı yeni yazısını təqdim edir.

İllər əvvəl bir psixoloqun seansına getmişdim.

Adam 10 dəqiqə mənə qulaq asandan sonra çıxdı. 15-20 dəqiqə sonra qayıtdı.

Elə təzəcə ağzımı açırdım, qayıtdı ki, sənin dərdin çəkiləsi deyil, qalanını gələn dəfə danışarsan.

Vallah, belə də dedi.

Bayaq gördüm, deməli, bir psixoloq deyib ki, bəs, kişi sənə üç minlik telefon ala bilmirsə, ondan boşan.

Nədir bu “psixoloqlardan” çəkdiyimiz?

Sürətlə çoxalırlar. Heç bir sahədə bunca məhsuldarlıq yoxdu.

Səhifəni yeniləyirsən, təzə psixoloq çıxır.

Seanslar da od qiymətinə.

Reklam reklam dalınca.

Vallah, mən hələ onlardan xeyir görən adama rast gəlməmişəm.

O gün də bir deputat təklif irəli sürüb ki, bəs qadınlar həftə sonu işləməsin.

Bu gün xanım qızımız deyir, kişi filan şeyi alımalıdır, bəhmən şeyi almalıdır.

Göz görə-görə qadınları əşyaya çevirirlər.

Efirlər də ki... Kimin beş manat pulu var, çıxarırlar ki, gəl ağzına gələni danış, reytinq cədvəlini partladaq.

Onsuz da psixologiyanı o qədər də ciddi qəbul eləmirdim. Son illərdə baş verənlər fikrimi daha da qətiləşdirdi.

Nə deyirsən, deyir ki, uşaqlıq travmasıdır. Nə bilim, çalışın, filan şeyi düşünməyin.

Çalışa bilsəydim, ta niyə gəlirdim bura?

Bəziləri bahalı əşyaları qarşı tərəfin “ağzını yummaq” üçün alır.

Məsələn, kişi ora-bura gedir, həyatını yaşayır, arada qadına Ayfon-filan alır ki, çox da dərinə getməsin. Birdən qadının ağlına işləmək-zad gələr. Kartına pul göndərir ki, rahat bazarlığını eləsin, bu da kefində-kefiyyətində.

İş o yerə çatıb ki, bir növ, qadınları ərlərindən başqa bütün həqiqətlərə xəyanət etməyə məcbur edirlər.

Bizim yerli və milli psixoloqlarımız da buna təkan verir. Deyir ki, ər neyləyir özü bilər, əsas odur ki, sənin “emosional ehtiyaclarını” ödəsin.

Sən özün alma ha!

Birdən işləmək istəyərsən. Qəti özünü yorma! Pupsikdən istə, alsın. Sonra hara gedir, kiminlə görüşür, gecə evə gəlir, gəlmir, bunlar xırda söhbətlərdi.

Hələ o biri görün nə deyir.

“Psixoloq” Gülnar Orucova qəti qərara gəlib ki, sən demə, bir qadın milyonların qarşısında dönə-dönə evlənməyəcəyini və subay qalacağını bəyan edirsə, bu, onun yüngül həyat tərzinə marağını göstərir.
Ailə qurmaq, ana olmaq hər qadının ən ülvi, müqəddəs arzusu imiş. Dünyaya uşaq gətirmək hər qadının əsas missiyası imiş. Bu missiyadan imtina edən birisinə heç nə ilə haqq qazandırmaq olmazmış.

Belə danışanlar kütlənin damarını tutub yaşayan adamlardı.

Onlar üzünü ölkənin qayınananlarına, xalalarına, bibilərinə tutub danışırlar.

Qayınanalar, xalalar, bibilər də oxuyub deyir ki, bax, əsl qeyrətli Azərbaycan qadınıdır. Çox sağ ol, qızım.

Xanım qızımız dediklərininin məsuliyyətini dərk edirmi?

Bu sözləri ciddi qəbul eləyən, fürsət gözləyən nə qədər neandertal var bu ölkədə.

Axşam saat 10-da hansısa qadını maşın vurur, yazırlar ki, o saatda qadın xeylağının küçədə nə işi var ki, maşın da vursun?

Bir deyil, beş heç deyil, on minlərlə adam yaşayır bu ölkədə.

Adam baxır, deyir, elə qadının ən ümdə vəzifəsi kişinin ayaqlarını yumaqdı.

Otursun evində, uşağına baxsın.

Arada əlinə oyuncaq - bahalı telefon, pal-paltar verib hər işi gördürə bilərik.

Bizim “yaxşı kişi” anlayışımız da belədi:

“Sağa-sola getsə də, ailəcanlıdı. Kişidi də, çak-çuku olmalıdı. Allah hərəni bir cür yaradıb.”

Hələ gör başqası nə edir?

Hamamda canlı yayın açır. Ona-buna “tupoy” deyə-deyə eqosunu təmin eləyir. Seansına gedənlər də elə dediyi kimi adamlardı. Hansı ölkəyə gedir, canlı yayın açıb “kasıblaaaar” ritorikası ilə çıxışlar eləyir.

Sizə deyim ki, biz belə adamları sevirik. Adını da qoyuruq, maraqlı adam.

Heç kim də özündən bilmir axı. O “tupoy” deyir, gülürsən. Halbuki sənə deyir, amma özünü o yerə qoymursan. Sabah başqa videoda başqa cür təhqir edir, ona da baxırsan.

Artıq psixoloji təcavüzdən həzz mərhələsinə qədəm qoyursan.

Təhqir olunmağa öyrəşirsən. Vərdişə çevrilir.

Kim özünü əşya kimi görürsə, ona “oyuncaqları” ilə xoşbəxtlik arzulayıram.

Görməyənlər isə xaltalarını çıxarıb atmalıdır biryolluq.

Belə xala-bibi, əmi-dayı psixoloqları da iqnor eləməyin vaxtıdır.

# 10738 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər