Qadını şantaj edən azərbaycanlı heykəltaraş həbs olundu

Qadını şantaj edən azərbaycanlı heykəltaraş həbs olundu
23 dekabr 2022
# 11:00

Bakıda qadını şantaj edən Adəm Zindani kimi tanınan heykəltaraş Adəm İsmayılov Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə həbs olunub.

Kulis.az xəbər verir ki, 1978-ci il təvəllüdlü heykəltaraş sevdiyi qadını şantaj ediyi üçün hakim qarşısına çıxarılıb.

O, Cinayət Məcəlləsinin 151 (Seksual xarakterli hərəkətlərə məcbur etmə), 156.1 (Şəxsi həyatın toxunulmazlığını pozma) və 176-1.1-ci ( Qadını nikaha daxil olmağa məcbur etmə) maddələri ilə ittiham olunub.

Məhkəmədə Adəm İsmayılov ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib.

Məlum olub ki, o, zərərçəkmiş Nigar Qasımova (ad-soyad şərtidir) ilə 2017-ci ildə tanış olub.

Cinayət hadisəsinə gəlincə, Adəm 2021-ci ilin dekabrında özünə məxsus emalatxanada Nigara qarşı seksual hərəkətlər edib və bunu gizli olaraq telefonu ilə lentə alıb. O, növbəti dəfə Nigarı münasibətə dəvət etsə də, qadın bundan imtina edib.

Adəm buna cavab olaraq, lentə aldığı görüntüləri Nigara göndərərək onu hədələyib. O, bir müddət sonra ona ya Qasımla (ad şərtidir), ya da onun özüylə evlənməyi təklif edib. Nigar bu təklifdən də imtina edib.

Qadının imtinasına baxmayaraq, Adəm İsmayılov özünə məxsus instaqram hesabında qızın adi şəkillərini paylaşaraq onun fahişə kimi təqdim edib. Davamında isə Nigara girib həmin paylaşıma baxmasını deyib.

Adəmin həmin paylaşımları etməkdə məqsədi izləyiciləri vasitəsilə Nigarın ailə üzvlərinə məlumat verməkdən ibarət olub. Nigar onun etdiyi paylaşımları gördükdən sonra mesaj yazaraq həmin paylaşımları silməsini xahiş edib və Qasımla görüşə razılıq verdiyini bildirib. Sonrakı günlərdə Nigar onun mesajlarını cavabsız qoyub.

Adəm isə qisas almaq məqsədilə Nigarın intim fotolarını A4 kağızında çıxartdırıb onun müalicə üçün getdiyini dediyi tibb müəssisəsinin giriş qapısına yapışdırıb. Bu azmış kimi, qələmlə qadının adını və onun fahişə olduğunu, sözügedən tibb müəssisəsinə müalicə gəldiyini girişə yapışdırdığı kağıza qeyd edib.

Adəm İsmayılov daha sonra tibb müəssisəsinin qarşısında olması ilə bağlı mobil telefonla şəkil çəkərək Nigara göndərib və onun çılpaq foto şəkillərini tibb müəssisəsinin giriş qapısının yaxınlığındakı divara yapışdırdığını deyib.

Nigar hədələrin bitməyəcəyini başa düşərək polisə şikayət edib. 2022-ci ilin fevralında isə Adəm İsmayılov İçərişəhərdə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.

Qeyd edək ki, A.Zindani ağac oduncaqları üzərində oyma işləri edərək müxtəlif fiqurlar hazırlayıb onları İçərişəhər ərazisində satırdı. Bu səbəbdən heykəltaraş bir neçə media orqanına müsahibələr də verib.

Qafqazinfo

# 5146 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər