Putin haqqında kitabların satışı dayandırıldı

Putin haqqında kitabların satışı dayandırıldı
18 noyabr 2023
# 10:50

Alman nəşriyyatı Rusiyadan 600 min avro aldığı iddia edilən jurnalist Hubert Zaypelin Putinə aid kitablarının satışını dayandırıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın “Hoffmann und Campe” nəşriyyatı mətbuatda yayılan xəbərlərdən sonra alman jurnalistin Rusiya prezidenti Vladimir Putin haqqında kitablarının satışını dayandırdığını bildirib.

Söhbət 2021-ci ildə nəşr olunan “Putinin Gücü: Avropanın Rusiyaya niyə ehtiyacı var?” və 2015-ci ildə çap olunan “Putin: Gücün daxili baxışları" kitablarından gedir.

İddialar Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumuna sızan Kipr Məxfi maliyyə məlumatlarının qeydlərindən əldə edilən məlumatlara əsaslanır. İstintaqın məxfi sənədləri göstərir ki, Zaypel rusiyalı milyarder Aleksey Mordaşovla əlaqəsi olan ofşor şirkətdən 600 min avro alıb.

Qeyd edək ki, Putinlə yaxın əlaqələri olduğu güman edilən Mordaşov 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ, Böyük Britaniya və Aİ tərəfindən sanksiyaya məruz qalan bir neçə rus oliqarxından biridir.

# 2664 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər