Pulla vəsiqə alan sürücülər, dərsdən qaçan tələbələr

Pulla vəsiqə alan sürücülər, dərsdən qaçan tələbələr
17 aprel 2024
# 15:00

Kulis.az Ülvi Bahadırın "Maşınlı piyadalar" adlı yeni yazısını təqdim edir.

Yenə qəza xəbərləri... Bu tip xəbərləri oxuyanda eyni fikirlər dolanır beynimdə.

Azərbaycanda pul verib sürücülük vəsiqəsi almaq ayıb və ya rüşvət sayılmır. Səhərdən-axşamacan ölkədəki korrupsiyadan danışan adamlar rahatca pulunu verib vəsiqəsini alır. Sanki belə də olmalıdır. Başa düşmür ki, onun səriştəsizliyi neçə can alacaq, hansı faciələrə səbəb olacaq...

Arqument də nə olsa, yaxşıdı: "Kənddə əmimin maşınını elədən-elə sürürdüm, belədən-belə. Varyoxsuna nəhləd rayonda hoqqa verirdi qaqan..."

Və bu o deməkdi ki, qaqam 3-4 milyon əhalisi olan şəhərdə pulla aldığı vəsiqə ilə heç bir qaydaya əhəmiyyət vermədən maşın sürməlidir.

Sizə deyim ki, pulla diplom almaq da, işə girmək də ayıb sayılmır. Hətta normativdir. Siz baxmayın bəzilərinin yekə-yekə danışmağına.

Hələ utanmadan deyirlər ki, qaqa, bizim coğrafiya başqadı ee, demokratiya bizdə olmaz. Bu beyində olan adamlar Norveçdə də olsalar, xeyri yoxdu. Orda da bəhanə tapacaqlar.

Keçən səfər də biri deyir ki, dərsə getmirdim günlərlə, qayıb yazmırdılar, Avropada belə eləmək olar? Qaqa, pis-yaxşı, yenə də ölkəmiz ee.

Belə adamlar hansi ölkəyə getsələr, beyin dəyişməyəcək.

Əvvəlcə düşüncəmizi dəyişməliyik.

Bizə normal görünən şeylər, doğrudanmı, normaldır? Normaldırsa, niyə bu gündə yaşayırıq?

Maşın sürmək həm də mədəni bir hadisədir. Hamı maşında özünü apara bilmir.

Nə qədər ki, insanlar belə rahat formada sürücülük vəsiqəsi ala biləcəklər, bu qəzaların ardı-arası kəsilməyəcək.

Şəksiz ki, burda normallaşdırma əməliyyatının da böyük payı var. Bizdəki "istedad"a uyğun şərait yaradıblar.

Bizim kimi müstəmləkədən yeni çıxmış xalqlar plastilin kimi olurlar, istədiyin qədər əyib-bükə, istədiyin formaya sala bilərsən. Bizdən də belə bir fiqur düzəldiblər. Problemlərdə bir-birinin üstünə cuman fiqurlar...

Maşınlı və maşınsız…

# 4837 dəfə oxunub

Oxşar xəbərlər

"30-40 manata məclislərə kloun gedirdim" - Rəsulzadənin obrazını canlandıran aktyorla müsahibə

"30-40 manata məclislərə kloun gedirdim" - Rəsulzadənin obrazını canlandıran aktyorla müsahibə

17:39 7 aprel 2026
Xalid Səid Xocayevə həsr olunmuş kitab təqdim edildi

Xalid Səid Xocayevə həsr olunmuş kitab təqdim edildi

17:23 7 aprel 2026
Məşhur reper güllələndi

Məşhur reper güllələndi

16:51 7 aprel 2026
“Molla Nəsrəddin”  jurnalının 120 illiyinə həsr olunmuş sərgilər açıldı

“Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr olunmuş sərgilər açıldı

16:30 7 aprel 2026
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti

15:50 7 aprel 2026
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi

İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi

14:36 7 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər